MühazirƏ 4
İnformasiya sisteminin arxitekturası
İnformasiya sisteminin ümumi strukturu
Miqyasından, informasiya resurslarının xarakterindən və tətbiq sahəsindən asılı olmayaraq istənilən tip informasiya sisteminin ümumiləşdirilmiş strukturunu şəkil 1-dəki kimi təsvir etmək olar. Göründüyü kimi, informasiya sistemi altsistem adlanan bir necə hissədən ibarətdir.
Altsistem ümumi sistemin müəyyən əlamətə görə ayrılmış bir hissəsidir. Altsistemlər informasiya sisteminin bütövlükdə fəaliyyətinin təmin edilməsinə xitmət edirlər. Odur ki, onlara təminedici altsistemlər deyilir. Həmin altsistemlərə texniki, riyazi, proqram, informasiya, təşkilati və hüquqi təminat altsistemləri aiddir.
Dostları ilə paylaş: |