İnformasiya - arayış sistemləri konret tətbiq sahəsi üzrə istifadəçiləri maraqlandıran suallara cavab-arayış vermək üçün istifadə olunurlar. İstifadəçilər sistemə 2 cür sorğu ilə müraciət edə bilərlər: reqlamentli və ixtiyari. Reqlamentli sorğunun məzmunu və verilmə tezliyi əvvəlcədən məlum olur (planlaşdırılır). İxtiyari sorğularda isə bu cür müəyyənlik olmur. Sistem sorğuya uyğun cavabları ya lazımi verilənlərin tapılıb istifadəçiyə çatdırılması ilə, ya da tapılan verilənlərin üzərində müəyyən əməliyyatlar aparmaqla onların emalı nəticəsi kimi verir.