İstifadə olunan informasiyanın xarakterinə görə informasiya sistemlərinin təsnifatı şəkil 2-də verilmişdir.
Göründüyü kimi, toplanan və emal olunan informasiya resurslarının xarakterinə görə informasiya sistemləri 3 sinfə bölünür: sənədli, faktoqrafik və sənədli-faktoqrafik sistemlər.
Sənədli sistemlər təbii dildə ifadə olunmuş müxtəlif sənədlərlə (monoqrafiyalar, məqalələr, dövri nəşrlər, normativ və hüquqi sənədlər və s.) işləmək üçün istifadə olunurlar. Sənədli sistemlərin tipik nümayəndəsi informasiya-axtarış sistemləridir.