MühazirƏ 3
İnformasiya sistemlərinin təsnifatı
İnformasiya sistemləri müxtəlif əlamətlərə görə sinifləşdirilir. Ən çox istifadə olunan təsnifat üsullarına baxaq.
1. Miqyasına görə təsnifat
Miqyasına görə informasiya sistemlərini aşağıdakı qruplara bölürlər (şəkil 1.): lokal İS, qrup İS, korporativ İS .
Lokal informasiya sistemləri
Lokal informasiya sistemi adətən şəbəkəyə qoşulmayan bir fərdi kompüterdə reallaşdırılır. Bu cür sistem ümumi informasiya bazasından istifadə edən bir neçə tətbiqə malik ola bilər. Sistem istənilən anda bir istifadəçiyə və ya vaxt bölgüsü ilə bir işçi yerində işləyən bir neçə istifadəçiyə xidmət edir. Bu cür tətbiqlər çox vaxt verilənlər bazalarının (VB) lokal və ya stolüstü idarəetmə sistemləri (VBİS) vasitəsilə əldə edilir. Ən çox istifadə olunan lokal VBİS-ə dBase, Clipper, FoxPro, Paradox, Access sistemləri aiddir.
Dostları ilə paylaş: |