Ümumi məlumat. İnformasiya sistemi nədir? Sistem



Yüklə 1,51 Mb.
səhifə4/78
tarix02.01.2022
ölçüsü1,51 Mb.
#44315
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   78
C fakepathMühazir

MühazirƏ 2


İnformasiya sisteminin xassələri və yerinə yetirilən proseslər

İstənilən təyinatlı informasiya sistemindəki prosesləri və onların yerinə yetirilmə ardıcıllığını şəkil 1-də olduğu kimi göstərmək olar.

Bu proseslərə aşağıdakılar aiddir:

- xarici və ya daxili mənbələrdən informasiyanın daxil edilməsi;

- informasiyanın kompüterin xarici yaddaşında saxlanması;

-istifadəçilərin sorğularına uyğun informasiyanın axtarışı;

-tapılan informasiyanın emal edilməsi və əlverişli formada təsvir edilməsi;

-informasiyanın istifadəçilərə və ya digər sistemə çatdırılması üçün xaric edilməsi;



- əks əlaqə: əgər alınan nəticədə informasiya istifadəçini təmin etmirsə, onun təklifi ilə daxil edilən informasiyada, sorğuda, informasiyanın saxlanma sxemində, axtarışında və emalında düzəlişlər edilə bilər.

İnformasiya sistemi aşağıdakı xassələrlə səciyyələnir:

- istənilən İS-in analizi, qurulması və idarə edilməsi sistemlərin yaradılmasının ümumi prinsipləri əsasında yerinə yetirilir;

- İS dinamiki və inkişaf edən sistemdir;

- İS-in qurulmasında sistemli yanaşmadan istifadə olunur;

- İS-in çıxış məhsulu qərarların qəbul edilməsi üçün istifadə edilən informasiyadır;

- İS «insan-maşın» tipli verilənlərin emalı sistemidir.

Baxmayaraq ki, ümumi halda İS-in kompütersiz variantı da ola bilər, müasir informasiya sistemlərinin, demək olar ki, hamısı kompüter texnikası əsasında reallaşdırılır.

İnformasiya sisteminin işini anlamaq üçün onun həll etdiyi problemin mahiyyətini və həmçinin hansı təşkilatı proseslərə qoşulduğunu bilmək lazımdır. Məsələn, qərarların qəbulunun təminatı üçün qurulan informasiya sisteminin imkanlarını təyin edəndə aşağıdakıları nəzərə almaq lazımdır:

- həll olunan idarəetmə məsələlərinin strukturlaşdırılması;

-firmanın idarə edilməsi iyerarxiyasının hansı səviyyəsində qərar qəbuletmə aparılır;

- həll olunan məsələlərin hansı funksional bölmələrə aid olması;

- istifadə olunan informasiya texnologiyasının növü.

İnformasiya sistemi ilə işləmə texnologiyası kompüter sahəsini bilməyən mütəxəssislər tərəfindən asan mənimsənilir və professional fəaliyyət proseslərinə nəzarət edilməsi və onların idarə olunması üçün müvəffəqiyyətlə istifadə oluna bilər.

İnformasiya sisteminin tətbiqi aşağıdakıları əldə etməyə imkan verir:

-riyazi və süni intellekt metodlarının tətbiqi sayəsində idarəetmə məsələlərinin həllinin daha səmərəli variantlarının alınması;

- avtomatlaşdırma sayəsində işçilərin atil işlərdən azad edilməsi;

- informasiyanın həqiqiliyinin təmin edilməsi;

- kağız daşıyıcıları əvəzinə verilənlərin kompüterdə emalının səmərəli təşkilini təmin edin maqnit və kompakt disk daşıyıcılarından, fleş yaddaşdan istifadə edilməsi;

-müəssisədə informasiya axınlarının strukturunun və sənəd dövriyyəsinin təkmilləşdirilməsi;

-məhsul istehsalına və xidmətlərin göstərilməsinə qoyulan xərclərin azaldılması;

- istifadəçilərə lazımi informasiya xidmətinin göstərilməsi;

- yeni bazar münasibətlərinin qurulmasına kömək edilməsi;

- müxtəlif güzəştlər və xidmətlər sayəsində firmaya alıcıların və tədarükçilərin cəlb edilməsi.


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin