İdarəetmə strukturunun informasiya sistemində rolu
Hər hansı bir təşkilat üçün informasiya sisteminin yaradılması və istifadə olunması zamanı aşağıdakılar nəzərə alınmalıdır:
1. İS-in strukturu və onun funksional təyinatı təşkilat qarşısında qoyulan məqsədlərə uyğun olmalıdır. Məsələn, kommersiya firmasında-səmərəli biznes, dövlət müəssisəsində-sosial və iqtisadi məsələlərin həlli.
2. İnformasiya sistemi insanlar tərəfindən nəzarət edilməli, başa düşülməli və uyğun sosial və etik prinsiplərlə istifadə olunmalıdır.
3. İS gerçək, etibarlı, müasir və sistemləşdirilmiş informasiya hasil etməlidir.
Göstərilənlərin nəzərə alınması üçün İS-i qurmazdan əvvəl təşkilatın strukturunu, funksiyalarını, siyasətini, idarə olunmanın məqsədlərini, qəbul edilən qərarları, kompüter texnologiyasının imkanlarını öyrənib başa düşmək lazımdır. İstismara verilən İS təşkilatın bir hissəsinə çevrilir.
İS-in yaradılmasına təşkilatın idarə strukturunun analizindən başlanır. Təşkilatın bütün bölmələrinin işinin koordinasiyası müxtəlif səviyyəli idarəetmə orqanları vasitəsilə aparılır. «İdarəetmə» dedikdə təşkilatı, plan, uçot, analiz, nəzarət, stimullaşdırma kimi funksiyaların reallaşdırılması şəraitində qarşıya qoyulan məqsədin təmin edilməsi başa düşülür.
Son illər idarəetmə sahəsində «qərar qəbuletmə» anlayışından və onunla əlaqəli qərar qəbuletmə sistemləri, metodları və vasitələri anlayışlarından çox istifadə olunur.
Dostları ilə paylaş: |