İnformasiya - idarəetmə sistemləri idarəetmə üçün qərarların qəbul edilməsinin informasiya təminatı funksiyasını yerinə yetərirlər. Odur ki, bu sistemlərə həmçinin qərarların qəbulunun informasiya təminatı (ingiliscə- Decision Support System (DSS)) sistemləri də deyilir. Bu sistemlər də istifadəçilərin həm reqlamentli, həm də ixtiyari sorğularına cavabları təmin etməlidirlər. Müəssisənin idarə edilməsində sistemə verilən reqlamentli sorğular əslində funksional bölmələrdə (plan, təchizat, satış, mühasibat və s.) həll olunan planlaşdırma, uçot, nəzarət və s. tipli məsələlərin həlli deməkdir.