Ümumi məlumat. İnformasiya sistemi nədir? Sistem



Yüklə 1,51 Mb.
səhifə22/78
tarix02.01.2022
ölçüsü1,51 Mb.
#44315
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   78
C fakepathMühazir

Təşkilati təminat

Təşkilati təminat informasiya sisteminin hazırlanması və istismarı prosesində işçilərin texniki vasitələrlə və öz aralarında qarşılıqlı əlaqələrini nizamlayan metodlar və vasitələr toplusudur. Təşkilati təminat aşağıdakı funksiyaları yerinə yetirir:

- informasiya sistemi yaradılacaq müəssisənin idarəetmə sisteminin təhlili və avtomatlaşdırılması tələb olunan məsələlərin müəyyənləşdirilməsi;

- informasiya sisteminin layihələndirilməsi üçün texniki tapşırığın hazırlanması və onun texniki-iqtisadi səmərələliyinin əsaslandırılması;

- idarəetmə sisteminin səmərəliliyinin artırılması məqsədilə müəssisənin strukturuna və tərkibinə aid təkliflərin və məsələlərin həll metodologiyasının işlənib hazırlanması;

- informasiya sisteminin fəaliyyətinə və inkişafına cavabdeh şəxslərin cəlb edilməsi.

Təşkilati təminat informasiya sisteminin və ya verilənlər bazasının yaradılmasının 1-ci mərhələsində, yəni layihəqabağı araşdırma zamanı işlənib hazırlanmalıdır.



Hüquqi təminat

Hüquqi təminat dedikdə informasiya sisteminin yaradılması, hüquqi statusu və fəaliyyəti ilə bağlı hüquqi normalar toplusu başa düşülür. Həmin normalar vasitəsilə informasiyanın alınması, çevrilməsi, istifadə edilməsi və qorunması qaydaları nizamlanır. Hüquqi təminatın əsas məqsədi qanuniliyi möhkəmlətməkdir.

Hüquqi təminatın tərkibinə qanunlar, fərmanlar, dövlət orqanlarının sərəncamları, əmrlər, təlimatlar və nazirlər kabinetinin, nazirliklərin, idarələrin, təşkilatların və yerli hakimiyyət orqanlarının normativ sənədləri daxildir. Hüquqi təminatda istənilən informasiya sisteminin fəaliyyətini tənzimləyən ümumi hissəni və konkret sistemin fəaliyyətini tənzimləyən lokal hissəni ayırmaq olar.

İnformasiya sisteminin yaradılması mərhələlərinin hüquqi təminatına icraçı və sifarişçi təşkilatlar arasında müqavilə münasibətləri ilə və həmçinin müqavilədən yayınmaların hüquqi tənzimlənməsi ilə bağlı normativ aktlar daxildir.

İnformasiya sisteminin fəaliyyəti mərhələlərinin hüquqi təminatı aşağıdakıları əhatə edir:

- informasiya sisteminin statusu;

- sistemin heyyətinin hüquqları, vəzifələri və məsuliyyətləri;

- idarəetmə prosesinin ayrı-ayrı növlərinin hüquqi nizamnamələri;

- informasiyanın hazırlanması və istifadə edilməsi qaydaları və s.




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin