Başlanğıc mərhələ
Başlanğıc mərhələdə sistemin tətbiq sahəsi və sərhəd şərtləri müəyyənləşdirilir. Bunun üçün yaradılan sistemlə qarşılıqlı əlaqələri nəzərdə tutulan bütün xarici obyektlər və bu əlaqələrin xarakteri təyin edilməlidir. Bu mərhələdə həmçinin sistemin bütün funksional imkanları müəyyənləşdirilir və onlardan ən vaciblərinin izahı verilir.
Başlanğıc mərhələsinin praktik nəticələri aşağıdakılar olmalıdır:
- qurulan sistemin əsas xüsusiyyətləri və üstünlükləri;
- riskin qiymətləndirilməsi;
- sistemin yaradılması üçün lazım olan resursların qiymətləndirilməsi;
- əsas mərhələlərin bitmə vaxtını göstərməklə təqvim planı.
Dostları ilə paylaş: |