MühazirƏ 8
İS-in həyat dövrünün strukturu
İS-in tam həyat dövrü adətən strateji planlaşdırmanı, təhlili, layihələndirməni, reallaşdırmanı, tətbiqi və istismarı əhatə edir. Ümumi halda həyat dövrünü bir neçə mərhələyə bölmək olar. Prinsip etibarilə mərhələlərə ayrılma şərti xarakter daşıyır. İnformasiya sistemləri üçün proqram vasitələrinin yaradılması sahəsində aparıcı yer tutan Rational Rose korporasiyasının təklif etdiyi variantda İS-in həyat dövrü 4 mərhələyə bölünür: 1) başlanğıc; 2) dəqiqləşdirmə; 3) quraşdırma; 4) keçid (istismara verilmə). Hər mərhələnin sərhədləri müəyyən kritik qərarların qəbul edilməsi və müəyyən məqsədlərə nail olunmasını təmin edən vaxt müddəti ilə təyin olunur.
Dostları ilə paylaş: |