Quraşdırma mərhələsi
Bu mərhələdə istifadəçiyə təqdim etmək üçün tamamlanmış məhsul işlənib hazırlanır. Mərhələnin sonunda hazırlanan proqram təminatının iş qabiliyyəti yoxlanılır.
Keçid mərhələsi
Keçid mərhələsində hazırlanan sistem istifadəçiyə təhvil verilir. Sistemin real şəraitdə istismarı zamanı hazırlanan məhsula düzəlişlər tələb olunan müxtəlif növ problemlər yarana bilər. Mərhələnin sonunda layihədəki məqsədə nail olub-olunmaması təyin edilir.
İS-in həyat dövrünün modelləri
Həyat dövrünün modeli dedikdə informasiya sisteminin həyat dövrü ərzində yerinə yetirilən proseslərin, əməliyyatların və məsələlərin ardıcıllığını və bu proseslər, əməliyyatlar və məsələlər arasındakı qarşılıqlı əlaqələri əks etdirən struktur başa düşülür.
ISO/IEC 12207 standartında İS-in həyat dövrünün proseslərinə daxil olan əməliyyatların və məsələlrin yerinə yetirilməsi və reallaşdırılması metodları detalları ilə konkretləşdirilmir, həmin proseslərin yalnız strukturu təsvir olunur. Bu onunla izah olunur ki, standartın reqlamentləri həyat dövrünün istənilən modeli, quraşdırmanın istənilən metodologiyası və texnologiyası üçün ümumidir. Həyat dövrünün modeli isə hazırlanan İS-in xüsusiyyətlərindən, onun quraşdırıldığı və fəaliyyət göstərdiyi şəraitdən asılıdır. Odur ki, ümumi hal üçün, yəni müəyyən tətbiq sahəsinə yönəlməyən İS-in həyat dövrünün konkret modelini və quraşdırılma metodlarını təklif etmək mənasızdır.
Həyat dövrünün əsasən aşağıdakı 3 tip modeli daha çox yayılmışdır: kaskad modeli, prototip modeli və spiral modeli. Bu modellərə ayrılıqda baxaq.
Dostları ilə paylaş: |