Ümumi məlumat. İnformasiya sistemi nədir? Sistem



Yüklə 1,51 Mb.
səhifə67/78
tarix02.01.2022
ölçüsü1,51 Mb.
#44315
növüMühazirə
1   ...   63   64   65   66   67   68   69   70   ...   78
C fakepathMühazir

Metodika mənbəsinə görə. Bu qrupa proqram təminatının hazırlanması üzrə aparıcı firmaların, standartlaşma üzrə məsləhətçi firmaların, elmi mərkəzlərin və konsorsiumların müxtəlif növ metodik materialları daxildir.

Aşağıda informasiya sistemlərinin və proqram təminatının həyat dövrünün təşkili üzrə Oracle CDM metodikası və ISO/IEC 12207: 1995-08-01 beynəlxalq standartı haqqında qısa məlumat verilir.



ORACLE CDM metodikası

ORACLE firmasının fəaliyyət istiqamətlərindən biri də verilənlər bazalarından geniş istifadə etməklə mürəkkəb tətbiqi sistemlərin qurulma proseslərinin avtomatlaşdırılması üçün metodoloji əsasların və instrumental vasitələrin yaradılmasıdır. Oracle CDM metodikası çoxdan hazırlanmış və Oracle CASE vasitələrində tətbiq olunan Oracle CASE-Method variantının inkişafı nəticəsində yaranmışdır.

ORACLE firmasının instrumental vasitələrinin və CASE-texnologiyasının əsasını aşağıdakılar təşkil edir:


  • tətbiqi sistemin qurulması dəqiq müəyyənləşdirilmiş mərhələlər ardıcıllığı şəklində aparılan «yuxarıdan-aşağıya» struktur layihələndirmə metodoloğiyası;

  • tətbiqi sistemin həyat dövrünün bütün mərhələlərinin–problem sahəsinin təsvirindən başlamış, hazır proqram məhsulunun alınması və müşayiət edilməsinə qədər–dəstəklənməsi;

  • müasir verilənlər bazalarının serverlərinin bütün xüsusiyyətlərindən (tamlığın deklarativ məhdudluqları, saxlanan prosedurlar və triggerlər, kliyent hissəsində müasir standartların və istifadəçinin qrafik interfeysinə qoyulan tələblərin dəstəklənməsi və s.) istifadə etməklə kliyent-server arxitekturası ilə reallaşdırılmanın nəzərə alınması;

  • qurulmanın bütün mərhələlərində sistemin layihəsinin spesifikasiyalarının saxlanması üçün mərkəzləşdirilmiş verilənlər bazasının–repozitorinin–mövcud olması. Həmin repozitori ORACLE VBİS-in idarəsi altında işləyən xüsusi strukturlu verilənlər bazasından ibarətdir;

  • repozitori ilə eyni vaxtda çoxlu istifadəçinin işləməsinin mümkünlüyü. Bu cür çoxistifadəçi rejimi ORACLE VBİS-in standart vasitələri ilə avtomatik təmin edilir. Sistemin layihəsinin mərkəzləşdirilmiş saxlanması və layihə icraçılarının hamısının ona eyni vaxtda müraciətinin idarə olunması icraçıların hərəkətlərinin razılaşdırılmasına imkan yaradır;

  • qurulmanın bir mərhələsindən digərinə keçmə ardıcıllığının avtomatlaşdırılması. Bunun üçün xüsusi utilitlər nəzərə alınır. Həmin utilitlərin köməyilə konseptual səviyyənin spesifikasiyalarına görə layihələndirmə səviyyəsinin spesifikasiyalarının (verilənlər bazasının strukturu və proqram modullarının tərkibi) ilkin variantını almaq olar. Onun da əsasında bütün lazımi dəqiqləşdirmələrdən və əlavələrdən sonra proqramları avtomatik generasiya etmək olar;

  • sistemin layihələndirilməsi və reallaşdırılması üzrə müxtəlif standart əməliyyatların avtomatlaşdırılması: repozitorinin məzmunu üzrə qurulmanın bütün mərhələlərində sistemin cari variantının tam sənədləşdirilməsini təmin edən çoxlu sayda hesabatların generasiyası; xüsusi prosedurların köməyilə spesifikasiyaların tamlığa və ziddiyyətsizliyə görə yoxlanması və s.

Ümumi struktur

Oracle CDM metodikası informasiya sisteminin həyat dövrünün aşağıdakı mərhələlərini təyin edir:

1-strategiya (tələblərin müəyyənləşdirilməsi);

2- təhlil (sistemə qoyulan konkret tələblərin formalaşdırılması);

3-layihələndirmə (tələblərin sistemin konkret spesifikasiyalarına çevirməsi);

4- reallaşdırma (proqramların yazılması və testlənməsi);

5- tətbiq (sistemin quraşdırılması və istismara hazırlanması);

6-istismar (sistemin müşayiət edilməsi və gələcək funksional genişlənmələrin planlaşdırılması).

I mərhələ müəssisənin fəaliyyətini, işlərin texnoloji xüsusiyyətlərini təsvir edən proseslərin modelləşdirilməsi və təhlili ilə bağlıdır. Məqsəd mövcud proseslərin modellərini qurmaq, onların çatışmazlıqlarını və təkmilləşdirilmə mənbələrini aşkar etməkdir. Əgər mövcud texnologiya və təşkilat strukturları dəqiq təyin olunubsa, aydındırsa və əlavə təhlil və dəyişilmə tələb olunmursa, bu mərhələ vacib sayılmır.

II mərhələdə problem sahəsinin müəssisəsinin funksional fəaliyyətini, informasiya təlabatını və s. təsvir edən detal konseptual modellər qurulur. Nəticədə 2 tip model yaradılır:1)problem sahəsinin strukturunu və ümumi qanunauyğunluqları əks etdirən informasiya modeli; 2)həll olunan məsələlərin xüsusiyyətlərini təsvir edən funksional model.

III mərhələdə konseptual modellər əsasında gələcək sistemin texniki spesifikasiyaları formalaşdırılır: verilənlər bazasının strukturu və tərkibi təyin olunur, proqram modullarının dəsti müəyyənləşdirilir və s. Konseptual modellərin verilənləri əsasında spesifikasiyaların ilkin variantları xüsusi utilitlər vasitəsilə avtomatik alına bilər.

IV mərhələdə layihə spesifikasiyalarının bütün tələblərinə cavab verən proqramlar hazırlanır. ORACLE firmasının CASE vasitələrinə daxil olan DESIGNER/2000 sistemindən istifadə etməklə, bu mərhələni tam avtomatlaşdırmaq olar.

ORACLE CDM metodikasına əsasən İS-in həyat dövrü ərzində aşağıdakı proseslər yerinə yetirilir:


  • istehsalat tələblərinin müəyyənləşdirilməsi;

  • mövcud sistemlərin tədqiqi;

  • texniki arxitekturanın qurulması;

  • verilənlər bazasının layihələndirilməsi və qurulması;

  • proqram modullarının layihələndirilməsi və reallaşdırılması;

  • verilənlərin konvertasiyası;

  • sənədləşdirmə;

  • testləmə;

  • öyrətmə;

  • yeni sistemə keçid;

  • müşayiət olunma.

Prosseslər müəyyən məsələlərin ardıcıllığından ibarət olur və həmin məsələlər aşkar istinadlarla qarşılıqlı əlaqələndirilir.


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin