Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə17/121
tarix02.05.2022
ölçüsü1,03 Mb.
#56810
1   ...   13   14   15   16   17   18   19   20   ...   121
Torpaq Mecellesi

keçirən orqanlar 

 

1. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti 



orqanları həyata keçirirlər. 

 

2.  Bu  orqanların  torpaqlardan  istifadə  və  onların  mühafizəsi  üzrə  səlahiyyətləri  dairəsində 



göstərişləri bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir. 

 

3. Torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları 



müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. 

  

XI fəsil 



DÖVLƏTİN VƏ BƏLƏDİYYƏNİN TORPAQ ÜZƏRİNDƏ MÜLKİYYƏT HÜQUQU 

Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ 

 

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: 



 

dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar

 

dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid 



energetika  sisteminin,  magistral  boru  kəmərlərinin,  nəqliyyat,  rabitə  və  müdafiə  obyektlərinin, 

dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; 

 

yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; 



 

meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); 

 

Xəzər  dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına  mənsub  olan  bölməsinin  su  fondu 



torpaqları; 

 

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-



50 metrlik zolağının altında olan torpaqlar; 

[27]

 

 



təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı 

torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin 

torpaqları;

[28]

 

 



dövlət  elmi-tədqiqat  və  tədris  müəssisələrinin,  onların  təcrübə  bazalarının,  maşın-sınaq 

stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; 

 

dövlət  müəssisə,  idarə  və  təşkilatlarının  daimi  istifadəsində  olan  və  ya  dövlət  obyektlərinin 



tikintisi layihələşdirilmiş torpaqlar; 

 

dövlət ehtiyat fondu torpaqları. 



 

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və 

digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 



 2-1. 

Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 

20-

50  metrlik  zolağının  altında  olan  torpaq  sahələri  dövlətin  mülkiyyətində  qalmaqla 



özgəninkiləşdirilə  bilməz  və  yalnız  müvafiq  icra  hakimiyyəti  orqanının  qərarı  ilə  istifadəyə  və 

icarəyə verilə bilər. Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi 

barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan 

bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti 

orqanının  icazəsi  əsasında  dənizin  sahilinə  gediş-gəlişi  məhdudlaşdırmamaq  şərti  ilə  hasara 

alınma  yolu  ilə  və  ya  digər  üsullarla  bağlanıla  bilər. Yalnız  dövlətin  iqtisadi  və  ya  təhlükəsizlik 

mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq 

sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Göstərilən sahilboyu zolağın qrafiki təsviri müvafiq 

ic

ra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilir.  Sahilboyu  zolaq  Xəzər  dənizinin  (gölünün) 



Azərbaycan  Respublikasına  mənsub  olan  bölməsinin  su  səthinin  quru  ilə  bu  qanun  qüvvəyə 

mindikdən  sonra  mövcud  olan  təmas  xəttindən  hesablanır. Sahilboyu  zolağın  qrafiki  təsvirində 



həmçinin zolağın 20 metrdən 50 metrədək müəyyənləşdirilməsinə əsas olan su səthinin quru ilə 

təmas xəttinin mövcud və təbii təsirlərlə əlaqədar dəyişən vəziyyəti öz əksini tapmalıdır. Müvafiq 

icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna 

olmaqla, bu maddənin ikinci cümləsinə uyğun olaraq sahilboyu 20-50 metrlik zolağın altında olan 

torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə 

və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən 

tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun 

təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının 

sahilboyu  uzunluğunun  hər  200  metrindən  bir  dövlət  sərhədinin  mühafizəsinin  təmin  olunması 

məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə 

birbaşa keçid təmin olunsun.

[29]

 

 



3.  Dövlət  mülkiyyətində  olan  torpaqların  bələdiyyə  və  xüsusi  mülkiyyətə  verilməsi  qanunla 

müəyyən edilir. 

 

4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini 



öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. 

Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ 

 

1.  Torpaq  üzərində  bələdiyyə  mülkiyyəti  “Torpaq  islahatı  haqqında”  Azərbaycan 



Respubli

kasının  Qanununa  uyğun  olaraq,  bələdiyyə  mülkiyyətinə  ayrılan  torpaqlar,  habelə 

qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən 

torpaqlar hesabına yaranır. 

 

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: 



 

ümumi istifadədə olan torpaqlara

 

hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; 




 

ehtiyat fondu torpaqlarına ayrılır. 

 

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış 



məntəqələrinin  —  küçələrinin,  meydanlarının,  yerli  əhəmiyyətli  və  təsərrüfatdaxili  yolların, 

parkların,  meşə-parkların,  sututarların,  stadionların,  idman  meydançalarının  altındakı  torpaqlar, 

habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki 

qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar 

və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. 

 

4.  Hüquqi  və  fiziki  şəxslərin  istifadəsində  olan  torpaqlara  onların  qanuni  istifadəsində  və 



icarəsində olan bələdiyyə torpaqları daxildir. 

 

5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: 



 

yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 

 

hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; 



 

ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. 

 

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və 



digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə 

bilər. 


 

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və 

mühafizəsi  sahəsində  idarəetməni  bələdiyyələr  həyata  keçirirlər.  Bələdiyyələr  bələdiyyə 

mülkiyyətinə  torpaq  alınması  zəruriyyəti  yarandığı  hallarda  dövlət  mülkiyyətindən  torpaq  almaq 

barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. 

[30]


 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin