Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə179/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   175   176   177   178   179   180   181   182   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

2.Yaş psixologiyası da pedaqoji psixologiya ilə sıx əlaqədardır. Hər iki elmin tədqiqat obyekti uşaq və gənclərdir. Yaş psixologiyası öz obyektini yaş dinamikası və inkişaf planında öyrənir. Pedaqoji psixologiya isə öz obyektini təlim və tərbiyə baxımından öyrənir. Ayrı-ayrı yaş dövrlərinin psixoloji xüsusiyyətlərini nəzərə almadan təlim-tərbiyə işinin səmərə qazanacağına ümid bəsləmək olmaz.

3.Yaş fiziologiyasının da pedaqoji psixologiya ilə əlaqəsini xüsusi olaraq qeyd etmək lazımdır. Yaş fiziologiyası ayrı-ayrı yaş dövrlərində fizioloji proseslərin qanunauyğunluqlarını aşkara çıxarır. Burada anatomik-fizioloji dəyişmələrin psixi inkişafa təsiri, ali sinir fəaliyyətinin tipləri, onların tərbiyə prosesində təzahürü, sinir sisteminin xassələrinin işgüzarlığın tempinə təsiri və s. məsələlər diqqəti cəlb edir.

4.Pedaqogikanın pedaqoji psixologiya ilə əlaqəsini daha aydın hiss etmək mümkündür. Pedaqoji psixologiya bir növ ümumi psixologiya ilə pedaqogikanın sərhəddində dayanan xüsusi sahədir. Təlim-tərbiyə nəzəriyyəsinə bələd olmadan pedaqoji psixologiya öz predmetini həll etməkdə çətinlik çəkərdi. Pedaqoji psixologiya üçün pedaqogika digər elmlər içərisində birinci yer tutu. Çünki həm pedaqogika, həm da pedaqoji psixologiya gənc nəslin təlim və tərbiyəsini müxtəlif istiqamətdən öyrənir.


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin