5.Xüsusi metodikalar da pedaqoji psixologiya ilə sıx əlaqəyə malikdir. Ayrı-ayrı fənlərin təlim və tərbiyə imkanlarını nəzərə almaqla pedaqoji psixologiya həmin fənlərin tədrisinə, onların tədris üsullarının təkmilləşdirilməsinə və səmərəliliyinə əsaslı təsir göstərir.
2. Pedaqoji psixologiyanın tədqiqat metodları
Plan:
1. Müşahidə və eksperiment metodu
2. Müsahibə və sosiometrik metodu
3. Fəaliyyət məhsullarının təhlili və tərcümeyi-hal metodu
4. Anket, test və əkizlər metodu
5. Pedaqoji-psixoloji eksperiment, pedaqoji-psixoloji testləşdirmə
6. Tədqiqat metodların qruplaşdırılması
7. Psixoloji məsləhət və korreksiyanın əhəmiyyəti
Ümumi psixologiyada, yaş psixologiyasında və psixologiyanın digər sahələrində istifadə olunan tədqiqat metodlarından pedaqoji psixologiyada da istifadə olunur. Bu metodlara müşahidə, eksperiment, müsahibə, sosiometrik, fəaliyyət məhsullarının təhlili, tərcümeyi-hal, anketlər, testlər, əkizlər metodu və s. aid etmək olar. Pedaqoji psixologiyada bu metodlardan istifadə edərkən uşaqların yaş xüsusiyyətləri, tərbiyəlilik səviyyələrini aşkara çıxarmaq imkanları nəzərə alınaraq müvafiq dəyişikliklər edilir. Məsələn, uşaqların müxtəlif həyati məsələləri həll edərkən əldə etmiş olduqları bilik və vərdişləri tətbiq edə bilmək bacarığını aşkara çıxarmaq üçün pedaqoji müşahidədən istifadə etmək olar. Daha yaşlı-yeniyetmə və gəncləri öyrənərkən bu məqsədlə yazılı sorğu və testlərdən, məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlarla şifahi sorğudan istifadə etmək mümkündür. Həmin metodların qısa xarakteristikasını nəzərdən keçirək.
Dostları ilə paylaş: |