Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Tərbiyə psixologiyası 2



Yüklə 277,04 Kb.
səhifə177/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   173   174   175   176   177   178   179   180   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

1.Tərbiyə psixologiyası

2.Təlim psixologiyası

3.Pedaqoji fəaliyyət və müəllim şəxsiyyəti psixologiyası

Tərbiyə psixologiyası şəxsiyyətin formalaşmasının psixoloji mexanizmlərini, tərbiyə işinin psixoloji əsaslarını, tərbiyəvi tədbirlərin psixoloji cəhətdən əsaslandırılmasını, özünütərbiyənin psixoloji əsaslarını, tərbiyənin idarə olünması problemini, “çətin” uşaqlar, onların davranışının korreksiyası məsələlərini öyrənir.

Təlim psixologiyası təlimin psixoloji qanunauyğunluqlarını, problemli təlimin, proqramlaşdırılmış təlimin, təlim və inkişafın qarşılıqlı əlaqəsinin xüsusiyyətlərini, təlim fəaliyyətində müasir texniki vəsaitlərdən istifadənin psixoloji əsaslarını və s. məsələləri öyrənir.

Pedaqoji fəaliyyət və müəllim şəxsiyyəti psixologiyası pedaqoji fəaliyyətin psixoloji strukturunu, müəllim şəxsiyyəti və onun peşə-psixoloji istiqamətini, pedaqoji bacarıq, vərdiş və qabiliyyətlərin psixoloji əsaslarını, pedaqoji mərifət və pedaqoji ünsiyyətin psixoloji xüsusiyyətlərini və s. öyrənir.

Pedaqoji psixologiya öz müstəqilliyini qoruyub saxlamaqla bir sıra başqa elmlərlə sıx əlaqədardır.




Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin