5.Kollektivin birliyi-müəllimlərin daxili psixoloji birliyi olub, mürəkkəb funksiya kimi özünü göstərir və şəxsiyyətlərarası inteqrasiya, funksional birlik, təşkilati birlik məsələlərini əhatə edir.
6.Özünüidarəetmənin inkişafı-müəllimləri idarəetmə fəaliyyətinə cəlb etmək, onların əmək və yaradıcılıq fəallığını səmərəli təşkil etmək üçün tələbat və bacarıqları inkişaf etdirməkdən ibarətdir.
18. Məktəbə psixoloji xidmətin əsasları
Plan:
1. Məktəbə psixoloji xidmətin aspektləri
2. Məktəbə psixoloji xidmətin prinsipləri
3. Psixoloji xidmətin mərhələlər üzrə həyata keçirilməsi
İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada psixoloji biliklərin zəruriliyi duyulmasın. Hazırkı dövrdə bütün dünyada hər cür fəaliyyətin və insan münasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər. Müasir məktəbin qarşısında duran vəzifələri yerinə yetirə bilməsi üçün psixoloji köməyə ehtiyacı böyükdür. Biz tez-tez şagirdlərin təlimə münasibətinin zəifləməsi, tərbiyəlilik səviyyəsinin aşağı düşməsi, müəllim-şagird münasibətlərində, eləcə də müəllim-müəllim, müəllim-valideyn münasibətlərində çətinliklərin olması barədə
mülahizələrin şahidi oluruq. “Çətin” tərbiyə olunan uşaqların xüsusiyyətləri müəllimdən onları hərtərəfli öyrənməyi və düzgün yanaşmağı tələb edir. Pedaqoji psixologiyanın nailiyyətlərinin məktəb təcrübəsinə tətbiqinin ən perspektiv yollarından biri təhsil sisteminin bütün sahələrində psixoloji xidmətin təşkilindən ibarətdir. Bu cür xidməti həyata keçirmədən gənc nəslin təlim və tərbiyəsində istədiyimiz müvəffəqiyyətə nail ola bilmərik. Məktəbə psixoloji xidmətin üç mühüm aspekti mövcuddur:
Dostları ilə paylaş: |