Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə70/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   66   67   68   69   70   71   72   73   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

Təxəyyülün növləri. Təxəyyül bütün fəaliyyət sahələrində mühüm əhəmiyyətə malikdir. Hətta, ən ciddi elmlərin kəşfi də təxəyyülsüz mümkün deyildir. Təxəyyülün növləri məzmuna görə bir-birindən fərqlənir və buna uyğun olaraq aşağıdakı növlərini qeyd etmək olar.

1.Passiv təxəyyül

2.Aktiv təxəyyül

1.İnsan bir çox hallarda müxtəlif təxəyyül surətləri yaradır. Lakin onları həyata keçirmir və yaxud elə şeylər fikirləşir ki, onları həyata keçirmək əslində mümkün olmur. Belə təxəyyülə passiv təxəyyül deyilir. Passiv təxəyyül həm niyyətli həm də niyyətsiz xarakter daşıyır.

Niyyətli passiv təxəyyülə xülyanı misal göstərmək olar. Xülya zamanı insan əsrarəngiz surətlər yaradır, onları gözünün qarşısında canlandırıb xoşhallanır. Sadəcə olaraq bu prosesin özündən həzz alır, lakin onları həyata keçirmir. Əgər insanın həyat fəaliyyətində xülya surətləri üstünlük təşkil edirsə, bu, onun bir şəxsiyyət kimi inkişafında ciddi nöqsanlar olduğunu göstərir. Xülyanı xəyalla eyniləşdirmək olmaz. Xəyal arzu edilən gələcəyin surətlərini yaratmaqdan ibarət olan təxəyyül prosesidir. İnsanın həyatında xəyal mühüm rol oynayır. Əgər xəyal edən şəxs öz xəyalına ciddi yanaşırsa, ümumiyyətlə öz xəyalını həyata keçirmək üzərində vicdanla çalışırsa, onda xəyalla gerçəklik arasında ziddiyyətin heç bir zərəri olmur. Xəyal ilə həyat arasında bir təmas olduqda hər şey yerində olur. İnsanın öz xəyal surətlərinə tənqidi münasibət bəsləyib, onları idarə etməsi zəruridir.

Niyyətsiz passiv təxəyyül insanın müvəqqəti fəaliyyətsizliyi zamanı, mürgüləməyə yaxın vəziyyətdə, affekt halında, yuxuda, şüurun patoloji pozğunluğu və s. zamanı baş verir. Məsələn, insan affekt halında olanda, yəni sevincli, kədərli, əsəbi, həyəcanlı vəziyyətdə olanda, ondan asılı olmadan niyyətsiz passiv təxəyyül surətləri yaranır. Bəzən yatmış adamda xarici qıcıqların təsiri ilə də yuxu surətləri yaranır. Məsələn, yatmış adamın sifətinə ətir yaxınlaşdırdıqda o, yuxuda özünü ətirli bir bağda görür. Yaxud, yatmış adamın qulağına sakit zəng səsi tuturlar. O, yuxuda görür ki, padnos əlindən düşdü və qablar sındı. Soyuq otaqda yatan adamın ayaqlarını açırlar. O, yuxuda buz üzərində gəzdiyini görür.


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin