Mühüm iradi keyfiyyətlər. İradi fəaliyyət prosesində şəxsiyyətin iradi keyfiyyətləri təzahür edir və formalaşır. İnsanlarda iradi fəaliyyət müxtəlif formada cərəyan edir. Biri təkidlilik göstərir, digərində bu keyfiyyət müşahidə olunmur, biri qərar qəbul edərkən özünü çox müstəqil aparır, digəri tez təsir altına düşür, biri öz əzmi ilə hamını heyran edir, digəri qətiyyətsizliyi ilə fərqlənir və s. Ümumiyyətlə, şəxsiyyətin formalaşması prosesində iradi keyfiyyətlər müxtəlif formalarda təzahür edir. Məsələn, dözümlülük, qətiyyətlilik, təkidlilik, müstəqillik, inadkarlıq, məsuliyyətlilik, intizamlılıq, prinsipiallıq, təşəbbüskarlıq, işgüzarlıq, mütəşəkkillik, özünü ələ ala bilmək, özünə inam və s. keyfiyyətləri qeyd etmək olar. Belə keyfiyyətlər çoxdur. Həmin iradi keyfiyyətlərdən ən mühümləri haqqında qısaca məlumat verək. Şəxsiyyətin ən mühüm iradi keyfiyyətləri aşağıdakılardır: