Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə77/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   73   74   75   76   77   78   79   80   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

1.İntellektual mərhələ

2.İcra mərhələsi

İntellektual mərhələnin psixoloji məzmunu həvəs və arzunun əmələ gəlməsi, niyyətin yaranması, qərar qəbulu, məqsədin formalaşması və iradi işin planlaşdırılmasından ibarətdir. Bu proseslər onunla nəticələnir ki, insan görmək istədiyi işləri nəzərdən keçirir, onlardan ən vacibini görmək üçün səy göstərir, az əhəmiyyətli işləri isə nisbətən sonra görməyi qərara alır.

İcra mərhələsində insanın iradi keyfiyyətləri özünü göstərir. Bu mərhələdə insanın özünə sahib olması, özünə nəzarət edə bilməsi və s. xüsusilə mühüm rol oynayır. İnsan müxtəlif çətinlikləri aradan qaldırdıqca, onun iradi keyfiyyətləri də möhkəmlənir və tədricən xarakter əlamətlərinə çevrilir.

Uşaqların iradi sferasının tərbiyəsində ailə və məktəbin rolu müstəsna əhəmiyyətə malikdir. Valideynlər, tərbiyəçilər və müəllimlər iradi keyfiyyətlərin mahiyyətini izah etməklə, uşaqlarda qətiyyətli, təkidli, cəsur, əzmkar, mərd, qəhrəman adamlara rəğbət hissi, qorxaq, tənbəl, boşboğaz adamlara isə nifrət hissi oyadır ki, bu da böyük tərbiyəvi əhəmiyyətə malikdir.




Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin