Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə76/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   72   73   74   75   76   77   78   79   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

15. İradə

Plan:

1. İradənin funksiyaları

2. Reaktiv və impulsiv hərəkətlər

3. İradə və motivlər

4. İradənin intellektual və icra mərhələləri

5. Mühüm iradi keyfiyyətlər

İnsanın məqsədli fəaliyyəti prosesində qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına köməklik göstərən, onu uca zirvələrə aparan psixi prosesə iradə deyilir. İradə mürəkkəb psixi prosesdir. Onun iki mühüm funksiyası vardır.



1.Təhriketmə funksiyası

2.Ləngitmə funksiyası

İradənin funksiyaları bir-birilə qarşılıqlı surətdə əlaqədardır. Özünün bu funksiyalarına görə iradə reaktiv və impulsiv davranışdan fərqlənir. (Reaktiv və impulsiv hərəkətlər iradəsiz hərəkətlər sayılr).

Reaktiv hərəkətlər bilavasitə situasiya ilə şərtlənir. Məsələn, uşaq dondurma görən kimi dondurma istəyir. Yaxud adımızı çağıran kimi dönüb baxırıq.

İmpulsiv hərəkətlər (qeyri-ixtiyari) bilavasitə tələbatlarla və emosiyalarla idarə olunur. Məsələn, bəzi hallarda qəzəblənmiş ata impulsiv hərəkətlər edir; vurub uşağa xəsarət yetirir. Lakin sakitləşdikdən sonra isə peşiman olur, vicdan əzabı çəkir.

İradə şəxsiyyətin motivləri ilə bağlıdır. Lakin onları eyniləşdirmək olmaz. Motivlərdən fərqli olaraq iradə insanı fəallığa yalnız təhrik etmir, həm də lazım gəldikdə fəallığı ləngidir. İradə insan fəaliyyətinin xüsusi formasıdır. O, insandan öz davranışını tənzim etməyi, bir sıra başqa istək və meylləri ləngitməyi tələb edir.

Hər bir iradi hərəkət üçün məqsədin olması başlıca şərtdir. Hər hansı bir fəaliyyətdə qarşıya qoyulan məqsədin hərtərəfli və dərin dərk edilməsi çox əhəmiyyətlidir. Məqsəd aydınlığı insan qüvvələrini səfərbər edir, onu ciddi mübarizələrə təhrik edir. Məqsəd dərk edildikdən sonra ona nail olmaq arzusu yaranır. Arzu edilən məqsədə nail olmaq üçün insan onu hansı yol və vasitələrlə həyata keçirmək üzərində ətraflı düşünür, gələcək işini planlaşdırır. Planlaşdırmanın düzgünlüyü çox əhəmiyyətlidir. Burada bilik və həyat təcrübəsinin rolu böyükdür. Qərarın qəbul edilməsi ilə fəaliyyət başa çatdırılmır. Əksər hallarda qərarın qəbulundan əvvəl motivlər mübarizəsi olur. Çünki, qərarın düz olub-olmaması barədə hər cür şübhədən tamamilə azad olmaq mümkün olmur. Qərar həyata keçirilərək real həyatda nəzərdə tutulan dəyişikliklər əmələ gətirildiyi təqdirdə qiymətli olur və fəaliyyət yalnız bu zaman tamamlanır. Beləliklə, qərarın həyata keçirilməsi iradi fəaliyyətdə həlledici mərhələdir. İnsanın iradi qüvvəsi məhz elə bu zaman təzahür edir. Əsil mübarizə onda başlanır. İradə bu gerçək mübarizələrdə möhkəmlənir. İradəli adamlar bütün bu mübarizələrdən keçərək qalib gəlir və öz möhkəm iradələrini nümayiş etdirirlər.

İnsan özünün məsuliyyətini düzgün başa düşdükdə və qiymətləndirdikdə, onun iradəsi daha yüksək məzmun kəsb edir. Belə iradə haqlı olaraq mənəviyyatca yetkinləşmiş iradə adlandırılır. İnsan görüləcək işin mənasını əxlaqi kontekstdə qiymətləndirdikdə, təkcə onu əvvəlki motivlərlə məhdudlaşdırmır, şüurlu surətdə yeni xəyali motivlər yaradır. Psixoloji tədqiqatlar göstərir ki, insanın özünün yeni xəyali motivlər yaratması ilə işin mənası güclü sürətdə dəyişir. Yeni xəyali motivin yaranması o deməkdir ki, insan artıq öz işinə daha mühüm məna verməyə və onu səylə həyata keçirməyə başlayır.

İradi işi proses kimi təhlil etdikdə onun iki əsas mərhələsini fərqləndirə bilərik.




Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin