5.Sosiometrik metodu-bu və ya digər qrupda (kollektivdə) insanlar arasında qarşılıqlı münasibətləri öyrənmək məqsədilə istifadə olunur. Bu metodun köməyi ilə kollektivin istiqaməti, kollektivdə şəxsiyyətlərarası münasibətlər müəyyənləşdirilir.
6.Anket metodu-kütləvi psixoloji tədqiqat metodudur. Bu metod tədqiqata daha çox şagirdi cəlb etmək imkanı verir. Anketdə tədqiqatın məqsədinə müvafiq olaraq suallar qoyulur, şagirdlər həmin suallara cavab yazır. Həmin anket materillarını təhlil etməklə şagirdlərin psixoloji xüsusiyyətləri haqqında fikir yürütmək mümkün olur.