Psixologiyanın tədqiqat metodları aşağıdakılardır.
1.Müşahidə metodu-iki növə ayrılır: özünümüşahidə və obyektiv müşahidə. Müşahidə psixoloji faktları öyrənmək, təsbit etmək üçün böyük əhəmiyyətə malikdir. Müşahidə vasitəsilə istər ayrıca bir şəxsin, istərsə də müəyyən qrupun psixoloji vəziyyəti barədə qiymətli məlumat əldə etmək mümkündür. Müşahidə metodu uzunmüddətli və dövrü şəkildə həyata keçirilə bilər. Uzunmüddətli müşahidə müəyyən dövr ərzində, dövrü müşahidə isə müəyyən müddət ərzində aparılır. Müşahidə metodu tədqiqat üçün çox əlverişli olsa da, bir sıra nöqsanları da vardır. Belə ki, bəzən psixi hadisələr sürətlə cərəyan edir, onları müşahidə edib qeyd aparmaq çətin olur. Deməli, yenidən təzahür etməsə onu bir daha müşahidə etmək mümkün olmur.