2.Körpəlikdövrü-1 yaşdan 3 yaşadək. Həmin dövr üçün aparıcı fəaliyyət əşyavi-manipulyativ fəaliyyətdir. Onun səciyyəvi halı yaşlılarla ünsiyyət zamanı uşağın mövcud hərəkət tərzlərinə yiyələnməsidir. Bu dövrdə diqqəti cəlb edən cəhət nitq və əyani-əməli təfəkkürün inkişaf etməsidir.
3.Məktəbəqədər yaş dövrü-3 yaşdan 6 yaşadək. Bu dövr üçün aparıcı fəaliyyət rollu oyunlardır. Bu zaman uşaqda təxəyyül və simvolik funksiyalar formalaşır. Həmin dövrdə ictimai baxımdan əhəmiyyətli fəaliyyət uşağın artıq məktəb həyatına hazır olmasıdır.