Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə121/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   117   118   119   120   121   122   123   124   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

4.Kiçik məktəb yaşı dövrü-6 yaşdan 10 yaşadək. Həmin dövrdə aparıcı fəaliyyət təlimdir. Təlim prosesində niyyətli hafizə təşəkkül tapır, insani münasibətlər, ətraf aləmin cisim və hadisələri haqqında biliklər mənimsənilir, məktəblidə nəzəri şüur və təfəkkür təzahür edir.

5.Yeniyetməlik dövrü-10-11 yaşdan 14-15 yaşadək. Aparıcı fəaliyyət ictimai faydalı fəaliyyətdir. Ona daxildir-əmək, tədris, ictimai-təşkilati işlər, şəxsi ünsiyyət, idman və bədii fəaliyyət. Yeniyetmə fəaliyyət prosesində müxtəlif ünsiyyət tərzlərinə yiyələnir. Bu dövrdə nəzəri cəlb edən cəhətlər özünüqiymətləndirmə, ətrafdakı adamlara tənqidi münasibət, müstəqillik bacarığından ibarətdir.

6.Gənclik dövrü-15 yaşdan 25 yaşadək. Həmin dövrdə aparıcı fəaliyyət kimi tədris-peşə fəaliyyəti çıxış edir, əməyə tələbat, idrak maraqları, tədqiqatçılıq bacarığı, həyat planları, şəxsiyyətin ideya-əxlaqi keyfiyyətləri formalaşır. Bu dövrün başlıca xüsusiyyətləri-peşə maraqları, özünüdərketmə, dünyagörüşü, arzu və ideallardan ibarətdir.

7.Orta yaş-bu yaş dövrü iki dövrdən ibarətdir.

I dövr-25 yaşdan 35 yaşadək;

II dövr-qadınlar üçün 36 yaşdan 55 yaşadək;

kişilər üçün 36 yaşdan 60 yaşadək.



8.Yaşlı adamlar-qadınlar üçün 55 yaşdan 75 yaşadək;

kişilər üçün 60 yaşdan 75 yaşadək.



9.Qocalıq yaşı-75 yaşdan 90 yaşadək.


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin