1.Ümumi psixoloji hazırlıq.
2.Xüsusi psixoloji hazırlıq.
Xüsusi psixoloji hazırlıq uşağın ümumi psixoloji hazırlığını tamamlayan zəruri bilik, bacarıq və vərdişlərin məcmusunu əks etdirir. Xüsusi psixoloji hazırlıq dedikdə, uşağın əqli, mənəvi, iradi, estetik və fiziki baxımdan inkişaf səviyyəsi, onun məktəb təlimi mühitinə daxil olması, təlim materiallarını şüurlu mənimsəməsi üçün zəruri olan psixi və fiziki imkanlarının kompleksi başa düşülür.
Uşaqların məktəbə psixoloji cəhətdən hazırlanmasında uşaq bağçalarında aparılan xüsusi tərbiyəvi iş də müəyyən rol oynayır. Belə şəraitdə uşaqlar müəyyən biliklər qazanırlar, məktəb təliminə hərtərəfli hazırlanırlar. Uşaq bağçasına gedən uşaqlarla bağçaya getməyən uşaqlar arasında fərqlər məktəbdə təlimin başlanması ərəfəsində özünü göstərir. Müşahidələr göstərir ki, bağçaya gedən uşaqlarda inkişafın göstəriciləri daha üstün olur. Yadda saxlamaq lazımdır ki, təlim o zaman effektli olur ki, o, uşağın yaş xüsusiyyətlərinə uyğun qurulsun. Uşaq məktəbə rəngarəng, əsrarəngiz dünyasını yaşayıb, yetişib getməlidir.
Dostları ilə paylaş: |