Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Kiçik məktəblinin psixoloji xüsusiyyətləri



Yüklə 277,04 Kb.
səhifə152/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   148   149   150   151   152   153   154   155   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

25. Kiçik məktəblinin psixoloji xüsusiyyətləri

Plan:

1. Kiçik məktəblilərin əsas fəaliyyəti

2. Valideynlərlə kiçik məktəblilərin qarşılıqlı münasibətləri

3. Müəllim-şagird münasibətləri

4. Kiçik məktəblilərin qarşılaşdıqları çətinliklər

Müasir psixologiyada kiçik məktəb yaşı dövrü 6 yaşdan 10 yaşa qədər olan müddəti əhatə edir. Uşağın məktəbə daxil olması onun həyatında yeni mərhələnin başlanğıcını təşkil edir. Təlim kiçik məktəblilərin əsas fəaliyyətinə çevrilir. Uşaq burada onun üçün tamamilə yeni olan bir şəraitə düşür: dərsin başlanğıcından sonunadək sakit oturmaq, sinifdən çıxmaq və ora daxil olmaq üçün müəllimdən icazə almaq, onun bütün göstəriş və tapşırıqlarının icrası kimi məsələlər uşaq şəxsiyyətinə ciddi tələblər verir. Bağça tərbiyəsi görən uşaqlar üçün bu məsələlər o qədər də çətinlik törətmir.

Uşağın məktəbə daxil olması onun həyat və fəaliyyətində ciddi dəyişikliklər əmələ gətirir. Bu dövrün ən başlıca xüsusiyyəti ondan ibarətdir ki, uşağın məktəbdəki təlim fəaliyyəti ictimai məna və əhəmiyyət kəsb edən fəaliyyət növünə çevrilir. Şagird təlim fəaliyyəti üçün müəllim, məktəb və valideyn qarşısında məsuliyyət daşımalı olur. Müəllimlə uşaq arasında tamamilə yeni tipli qarşılıqlı münasibət formaları özünü büruzə verir. Belə ki, müəllim sadəcə olaraq, uşağın ona rəğbət və ya nifrət etdiyi yaşlı olmayıb, həm də uşağa bir sıra ictimai tələblər verən şəxsiyyət kimi çıxış edir. Təlim prosesindəki qarşılıqlı münasibət uşaq bağçasındakı münasibətlərdən məzmun və keyfiyyət baxımından çox fərqlənir. Burada biliklərə yiyələnmə heç də oyun xarakteri daşımayıb, tamamilə ciddi məna kəsb edir və gələcəkdə istifadə olunacaq ehtiyat mənbəyi kimi mənimsənilir.

Uşağın məktəbə daxil olması ilə əlaqədar valideynlər qarşısında da bir sıra məsul vəzifələr durur. Hər şeydən əvvəl, valideynlər çalışmalıdır ki, bu yaş dövründə uşağın ən səmimi, sədaqətli və etibarlı dostu olsunlar. Uşaq onlara inanıb heç bir səhv hərəkətini onlardan gizlətməsin. Bəzən uşaq ev tapşırığının öhdəsindən gələ bilməyəndə, yaxud onu səhv icra edəndə valideynlər uşağı danlayır, bəzən də fiziki cəzaya əl atırlar. Belə valideynlər dərk etməlidir ki, onlar uşaq qarşısında öz acizliklərini nümayiş etdirirlər. Həm də bu cür hərəkətlər uşağın sinir sisteminin normal fəaliyyətinin pozulmasına səbəb olur. Uşaq böyüklərin hər cür irad və məzəmmətini ürək ağrısı ilə qəbul edir. Əgər kiçik məktəbli düzgün hərəkət etmirsə, bunu səbrlə ona başa salmaq, şüuruna çatdırmaq lazımdır. Birinci sinfə gedən uşağa öz qüvvəsinə inam hissi yaratmaq, həmişə ona diqqət və qayğı ilə, eyni zamanda tələbkarlıqla yanaşmaq lazımdır.

Məktəbdə uşağın hərtərəfli, düzgün və sürətli inkişafı üçün əsaslı şərait yaranır. Məktəb uşaq şəxsiyyətini əqli, hissi-iradi planda inkişaf etdirir, onda bilik, bacarıq və vərdişlərin təşəkkülünə zəmin yaradır. Bu vaxt müəllimin şəxsi nümunəsi çox mühüm tərbiyəvi əhəmiyyət kəsb edir. Hətta şagirdlər ata-ananın dediklərindən müəllimin dediklərini üstün tuturlar. Müəllimin nüfuzuna böy

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin