Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə200/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   196   197   198   199   200   201   202   203   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

1)Təbii xüsusiyyətlər-(buraya temperamentin tiplərini aid etmək olar: məsələn, xoleriklərdə oyanma çox vaxt quvvətli olduğundan, onlarda təcavüzkarlıq yüksək olur; melanxoliklər ağlağan, hər şeydən tez təsirlənən, utancaq olurlar).

2)Sosial amillər-(buraya ailə tərbiyəsinin tipini, müəllimlərin münasibətini, məktəb psixoloqunun təsirini aid etmək olar).

“Çətin” uşaqlarla iş aparmaq və onlarda özünü göstərən qüsurları aradan qaldırmaq üçün psixoprofilaktika və psixokorreksiya vasitələrindən sistemli şəkildə istifadə etmək lazım gəlir. Bu sahədə məktəb psixoloqlarının üzərinə xüsusi iş düşür. Burada birinci növbədə əsas diqqət uşaqların vaxtında diaqnostikasını verməyə yönəldilməlidir. Bu zaman uşaqda “çətinliyin” yaranması səbəblərinin aşkara çıxarılmasına da xüsusi diqqət yetirilməlidir. Bütün bunların əsasında və uşağın fərdi xüsusiyyətlərini nəzərə almaqla onunla aparılacaq tərbiyəvi iş sistemi müəyyənləşdirilməlidir.

Təcrübə göstərir ki, çox zaman məktəbdə bu cür uşaqlarla aparılan profilaktik iş sistemsiz xarakter daşıyır. Müəllimlər belə uşaqlardan sadəcə olaraq yaxalarını qurtarmağa çalışırlar. Bu cür vəziyyətdən çıxmaq üçün psixoloq və müəllimlər müasir pedaqoji psixologiyanın nailiyyətlərini məktəb həyatına tətbiq etməlidirlər. Şagirdlərin davranışında və inkişafında özünü göstərən qüsurların qarşısını almaq və onları aradan qaldırmaq sahəsindəki işin aşağıdakı istiqamətlərini müəyyənləşdirmək mümkündür.

1.Məktəbə yeni daxil olan şagirdlə, onun valideynləri ilə, uşağa aid bütün sənədlərlə tanış olmaq və bu zaman həmin şagirdin tərbiyəsindəki çətin cəhətləri aşkara çıxarmaq.

2.“Çətin” şagirdin kollektivə alışmasına kömək göstərmək; sinif rəhbəri ilə birlikdə şagirdin davranışında mövcud olan qüsurları aradan qaldırmağın planını hazırlamaq.

3.Davranışında və şəxsiyyətinin inkişafında qüsurları olan şagirdləri dərindən öyrənmək, peşə etikası normalarına əməl etmək, imkan daxilində şagirdə yoxlanmasının həqiqi məqsədini bildirməmək. Lazım gələrsə psixoloq həmin şagirdin əqli inkişaf səviyyəsini müəyyənləşdirmək üçün müvafiq mütəxəssislərlə əlaqə saxlamalıdır. Əgər uşağın inkişafında qüsurlar, psixi normalara uyğun gəlməmək halları müəyyənləşdirilərsə, məktəb psixoloqu ona fərdi yanaşmaqla əlaqədar müəllimlərə və valideynlərə məsləhət verə bilər.

“Çətin” tərbiyə olunan uşaqlarla psixoloqun işi onun əsas vəzifələrindən birini təşkil edir. Ona görə də burada psixoloqun və başqa müəllimlərin aparacaqları işlərin xarakteri qabaqcadan müəyyənləşdirilməli və buna müvafiq iş aparılmalıdır.





Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin