2.Yüksək, idarə olunmayan səviyyəyə çatan emosional uşaqlar. Bu cür uşaqlar hər şeyə reaksiya verirlər. Əgər onlar hər hansı bir sevinc hissi keçirirlərsə, öz davranışları sayəsində bütün sinfi hərəkətə gətirirlər. Əgər onlar əzab, iztirab hissləri keçirirlərsə, onların iniltisi, ah-vayı, ağlamağı həddindən artıq uca olur.
3.Hədsiz küsəyən, utancaq, hər şeydən tez təsirlənən, qorxaq, həyəcanlı uşaqlar. Bu cür uşaqlar başqalarının diqqətini cəlb etməkdən utandıqlarına, qorxduqlarına görə öz hisslərini, problemlərini çox sakit keçirirlər.
Çox vaxt “çətin” uşaqların meydana gəlməsi ailə tərbiyəsində yol verilən nöqsanlarla bağlı olur. Ailədə valideynlər arasında uşaqların tərbiyəsində vahid tələbin olmaması, uşağın tərbiyəsi üçün müvafiq şəraitin yaradılmaması, valideynlər arasında ciddi konfliktin olması, valideynlərin davranışında uşağa mənfi təsir edəcək qüsurların mövcudluğu və s. “çətin” uşaqların yaranmasının başlıca səbəbləridir. Kiçik məktəblilərdə emosional pozğunluğa səbəb olan amillərə aşağıdakıları aid etmək olar.
Dostları ilə paylaş: |