Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Tərbiyənin idarə olunması problemi



Yüklə 277,04 Kb.
səhifə195/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   191   192   193   194   195   196   197   198   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

5. Tərbiyənin idarə olunması problemi

Plan:

1. Özünütərbiyənin mahiyyəti

2. Özünütərbiyənin motivləri

3. Özünütərbiyənin həyata keçməsində müəllimin rolu

Tərbiyə kor-koranə bir proses olmayıb, idarə olunan prosesdir. Tərbiyə prosesi ona görə idarə olunan prosesdir ki, onun məqsədi, motivləri, funksiyaları və gözlənilən nəticələri mövcuddur. Tərbiyə həm xarici, həm də daxili idarəetmə imkanlarına malikdir. Xarici idarəetmə tərbiyə olunanlardan deyil, tərbiyə edənlərdən asılıdır. Burada müəllim və tərbiyəçilərin fəaliyyəti diqqəti cəlb edir. Tərbiyənin idarə olunması təkcə xarici idarəetmə formasında gedə bilməz. Tərbiyə prosesində biz konkret canlı insanın, fərdin şəxsiyyətini formalaşdırırıq. Bu isə tərbiyədə daxili idarəetmənin zəruriliyini irəli sürür. Daxili idarəetmə isə özünütərbiyə prosesində həyata keçir və özünüidarə rolunu oynayır.



Özünütərbiyə insanın şüurlu olaraq qarşısına qoyduğu məqsədə, ideal və inamlarına müvafiq olaraq öz şəxsiyyətində dəyişikliklər etməyə yönəlmiş fəaliyyətindən ibarətdir. İnsanın arzu etdiyi keyfiyyətləri özündə inkişaf etdirməsi və ya malik olduğu şəxsi keyfiyyətləri dəyişdirməkdən ötrü özünə müntəzəm surətdə təsir etməsi, rəftar və davranışını təkmilləşdirmək qayğısına qalması özünütərbiyə adlanır. Özünütərbiyənin həyata keçməsi üçün şəxsiyyətin müəyyən inkişaf səviyyəsinin, eləcə də özünü daim təkmilləşdirmək vərdişlərinin olması tələb edilir. İnsanın yaşadığı ictimai şərait, aldığı təlim və tərbiyə onun özünütərbiyəsində həlledici rol oynayır. Həyati faktlar özünütərbiyənin geniş imkanlara malik olduğunu bir daha təsdiq edir. Bir çox görkəmli adamlar uşaqlıqdan pis təlim-tərbiyə almalarına baxmayaraq gənclik və sonrakı dövrlərdə özünütərbiyənin köməyi ilə öz davranış və rəftarlarındakı qüsurları aradan qaldıra bilmişlər. Məsələn, görkəmli rus yazıçısı L.N.Tolstoyun özünün etirafına görə o, uşaqlıq və ilk gənclik dövründə öz xarakterində, davranışında olan qüsurları, o cümlədən tənbəllik, lovğalıq, şöhrətpərəstlik və s. kimi cəhətləri görə bilmiş və həmin qüsurlara qarşı ciddi döyüş elan etmişdir. Bütün həyatı boyu özündə əməksevərlik, humanizm, düzgünlük, cəsarətlilik kimi keyfiyyətləri tərbiyə etmişdir.

Özünütərbiyə bir növ özünüidarə deməkdir. Həm də özünütərbiyə özünüidarənin ən ali forması kimi özünü göstərir. Özünütərbiyə şəxsiyyətin müəyyən inkişaf mərhələsində meydana gəlir və onun inkişafına təsir göstərir. Deməli özünütərbiyə şəxsiyyətin əxlaqi-psixoloji yetkinliyinin müəyyən səviyyəsində özünü göstərir. Psixoloqların apardıqları tədqiqatlar göstərmişdir ki, özünütərbiyə tələbatı aydın şəkildə özünü yeniyetməlik dövründə göstərməyə başlayır. Yeniyetmələr birinci növbədə özlərində olan iradi nöqsanları aradan qaldırmağa və özlərində möhkəm iradəli adamlara xas olan cəsarət, mərdlik, dözümlülük, təkidlilik kimi iradi keyfiyyətləri tərbiyə etməyə cəhd edirlər. İlk gənclik dövründə özünütərbiyə fiziki, iradi və mənəvi özünütəkmilləşdirməyə xidmət edir. Məktəblilər ən çox özlərində düzlük, mehribanlıq, rəhmlilik, səxavətlilik, dosta, yoldaşa qarşı sadiqlik, daima ona kömək etməyə hazır olmaq və s. kimi keyfiyyətləri tərbiyə etməyə can atırlar. Yaş artdıqca özünütərbiyənin məqsədi də dəyişir. Ümumiyyətlə, özünütərbiyə bir növ özünüinkişaf amili kimi qocalıq dövrünə qədər özünü göstərir. Aparılmış psixoloji tədqiqatlar özünütərbiyənin bir sıra motivlərini aşkara çıxarmışdır.




Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin