Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Konkret tələbə münasibətdə məna maneəsi



Yüklə 277,04 Kb.
səhifə193/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   189   190   191   192   193   194   195   196   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

2.Konkret tələbə münasibətdə məna maneəsi. Bu cür maneələrin yaranması isə tamamilə başqa səbəblərdən irəli gəlir. Məsələn, tərbiyəçi müsbət nəticə vermədiyi halda eyni tələbi dəfələrlə təkrar edir. Nəticədə bu cür tələblərə uşaq o qədər alışır ki, onu bir növ qavramamağa başlayır.

Təcrübə göstərir ki, bu cür məna maneələrinin yaranması şagirdlərlə aparılan tərbiyəvi işin çətinləşməsinə, bir növ nəticəsiz qalmasına səbəb olur. Ona görə də müəllim birinci növbədə bu cür məna maneələrinin yaranmasının qarşısını almağa çalışmalıdır. Bu cəhətdən müəllim şagirdin rəftar və davranışının motivlərini, onun baxışlarını, münasibətlərini bilməlidir. Belə olduqda məna maneələrinin yaranmasının qarşısı alınır, tərbiyəvi tədbirin gücü artır.

Hələ vaxtilə V.A.Suxomlinski çox düzgün olaraq yazırdı ki, əgər müəllim vaxtında qarşısındakı insanı elmi əsaslarla, düzgün öyrənib dərk etməsə, orada xeyirxahlıq toxumunu səpməsə, onda on ildən sonra məlum olacaq ki, tərbiyəvi iş şagirdə heç nə verməyib.

Məktəbdə şagirdlərlə aparılan tərbiyəvi işlərin mühüm yollarından biri əxlaqi söhbətlərdən ibarətdir. Şagirdlərin əxlaq tərbiyəsində bu cür söhbətlərin səmərəli nəticə verməsi üçün əxlaqi söhbətlər müəyyən prinsiplərə istinad etməlidir.



1.Əxlaqi söhbətlər şagirdlərin yaş səviyyəsinə uyğun olmalıdır.

2.Söhbət aparılan kollektivin təlimə, müəllimə münasibətlərini yaxşı bilmək və nəzərə almaq lazımdır.

3.Söhbəti konkret bir səbəblə bağlı təşkil etmək lazımdır.


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin