1.Konkret adama münasibətdə məna maneəsi. Bu cür maneənin yaranması ən çox tərbiyəçi tərəfindən uşaqda olmayan motivi bir növ ona bağlamaq nəticəsində baş verir. Məsələn, uşaq xəstələndiyinə görə dərsdən gedir. Müəllim onu da dərsdən qaçan başqa uşaqlarla birlikdə cəzalandırır. Yaxud onu təhqir edən yoldaşına cavab qaytaran uşağı da o birisi kimi intizamsız, xuliqan adlandırır. Bu hal bir neçə dəfə təkrar olunduqda şagirddə müəllimə qarşı məna maneəsi yaranır. Nəticədə həmin müəllimin ən ədalətli tələbi belə şagird tərəfindən ədalətsiz tələb kimi qarşılanır.
Lakin konkret adama qarşı məna maneəsi müəllim tamamilə düzgün hərəkət etdiyi halda, şagirdin öz davranış motivini dərk edə bilməməsindən asılı olaraq da yarana bilər. Məsələn, müəllim tapşırığı yerinə yetirməyən şagirdi haqlı olaraq cəzalandırdığı halda, şagird kitabı olmadığına görə cəzalandırmanın ədalətsiz olduğunu zənn etməsi sayəsində məna maneəsi yaranır.
Dostları ilə paylaş: |