12. Təlim məqsədlərinin taksonomiyası
Plan:
1. Təlim məqsədlərinin ümumi səciyyəsi.
2. Təlim məqsədlərinin formaları.
3. Taksonomiyanın ümumi səciyyəsi.
Təlim məqsədləri anlamı öz mahiyyətinə görə həmişə dövrün pedaqoji təfəkkürünün meyarlarını əks etdirir. Vaxtilə təlim məqsədləri sırf təhsil məqsədi kimi dərk olunurdu və mənalandırılırdı. Məktəbin tərbiyəedici funksiyası artdıqca təlim məqsədlərində təhsil meyarı ilə yanaşı yeni bir meyar-tərbiyə meyarı da əmələ gəldi. İnkişafetdirici təlim prinsipi axarında isə inkişafetdirici təlim məqsədi formalaşdı. Təhsil məqsədilə inkişafetdirici təlim məqsədləri arasında ikitərəfli asılılıq vardır. Bir tərəfdən müəllim şagirdləri sadəcə olaraq öyrətmir, onları öyrədə-öyrədə inkişaf etdirir və tərbiyə edir. Digər tərəfdən, şagirdlər inkişaf etdikcə və tərbiyə olunduqca, onların təhsil məqsədlərinə münasibətləri dəyişir. Müasir şəraitdə təlim məqsədlərinin üç formada şərhi verilir.
Dostları ilə paylaş: |