Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Kommunikativ-öyrədici funksiya



Yüklə 277,04 Kb.
səhifə220/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   216   217   218   219   220   221   222   223   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

3.Kommunikativ-öyrədici funksiya-bir tərəfdən müəllimin kommunikativ fəaliyyətinin təşkili, digər tərəfdən onun şagirdlərə zəruri məlumatlar verməsi ilə bağlıdır. Müəllimin kommunikativ fəaliyyəti düzgün qurulduqda tədris etdiyi elmin əsaslarını öyrədə bilir, şagirdlərin maraq və ehtiyaclarını ödəyir, real şəraitdən asılı olaraq təlim və tərbiyə metodlarından səmərəli şəkildə istifadə etməyi bacarır. Kommunikativ funksiyanı həyata keçirmək üçün müəllim işgüzar əlaqə yaratmağı bacarmalıdır.

4.Qnostik funksiya-məktəbdə bu və ya digər fənnin öyrədilməsinin son məqsədini dərindən dərk etməyə əsaslanır. Həmin funksiya müəllimdən tədris etdiyi fənnin spesifik cəhətlərini, məzmununu, tədris metodlarını bilməyi, eləcə də proqramda və dərslikdə verilmiş tədris materialını şagirdlərin mənimsəmə, dərketmə imkanları və mənimsəmədəki çətinliklərin səbəbləri barədə biliyə malik olmağı tələb edir.

5.Konstruktiv (planlaşdırma) funksiya-məktəbdə tədris prosesini mərhələlər üzrə planlaşdırmağı və təşkil etməyi nəzərdə tutur. Başqa sözlə, konstruktiv funksiya bir növ müəllimin təlim-tərbiyə prosesini məqsədəyönəlmiş şəkildə layihələşdirməsindən ibarətdir.


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin