Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə221/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   217   218   219   220   221   222   223   224   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

6.Təşkilatçılıq funksiyası-müəllim birinci növbədə sinif kollektivini, özünün və şagirdlərin fəaliyyətini təşkil etməyi, təlimin texniki vasitələrindən səmərəli şəkildə istifadə etməyi, şagirdlərin tədris fəaliyyətinə nəzarət etməyi bacarmalıdır.

Müəllim şəxsiyyətinə, onun peşə hazırlığına yüksək tələblər verilir. Əvvəla müəllimdə uşaqlara qarşı məhəbbət olmalıdır. Uşağı sevməyən müəllim pedaqoji fəaliyyəti heç cür səmərəli şəkildə qura bilməyəcəkdir. Müəllim təkidli, dözümlü, təvazökar, tələbkar olmalı və onda hövsələnin olması zəruridir. Bunlar həqiqi müəllimə xas olan müsbət keyfiyyətlərdəndir. Şagirdlərə təkcə müəllimin biliyi deyil, onun şəxsiyyəti də, ruhi keyfiyyətləri də əsaslı təsir göstərir. K.D.Uşinski bu cəhətə xüsusi diqqət yetirərək yazırdı: “Tərbiyədə hər şey tərbiyəçinin şəxsiyyətinə əsaslanmalıdır. Heç bir nizamnamə və proqram, heç bir süni yaradılmış müəssisə, nə qədər mahiranə düşünülsə də tərbiyə işində şəxsiyyəti əvəz edə bilməz.”

Təcrübə göstərir iki, doğrudan da müəllim şəxsiyyətinin şagirdlərə tərbiyələndirici təsirini başqa heç bir şey əvəz edə bilməz. Müəllimin şəxsi nümunəsi şagird şəxsiyyətini təşəkkül etdirir, onun inkişafına şərait yaradır. Bəzən orta məktəbin sonuncu siniflərində oxuyan oğlan və qızlar sevimli müəllimlərini özləri üçün ideal seçirlər, müəllimlərinə oxşamağa çalışırlar. Sevimli müəllimlərinin şəxsiyyəti onların həyatına işıq saçan mayaka çevrilir. Ona görə də müəllim şəxsiyyətində elə müsbət keyfiyyətlər formalaşmalıdır ki, onlar şagirdlər üçün əsil nümunə götürüləcək obyekt olsun.

Müəllimin professional keyfiyyətləri aşağıdakılardır.



1.Müəllimin elmi dünya görüşü, inamı, yüksək mənəvi siması, yüksək mədəni səviyyəsi olmalıdır.

2.Müəllimin pedaqoji fəaliyyətə müsbət münasibəti olmalıdır.

3.Müəllimin pedaqoji bilik, bacarıq və vərdişləri olmalıdır.

4.Müəllimin pedaqoji qabiliyyəti olmalıdır.


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin