3.İnkişafetdirici bacarıq və vərdişlər. Buraya daxildir:
-tədris prosesində müxtəlif məktəb təcrübələrindən istifadə etmək;
-tədris metodlarını psixologiya, pedaqogika, yaş fiziologiyası, və məktəb gigiyenasının müasir məlumatları əsasında tətbiq etmək;
-təlim prosesində şagirdlərin əqli fəaliyyətini idarə etmək;
-təlim prosesində problem situasiya yaratmaq.
4.İstiqamətləndirici bacarıq və vərdişlər. Buraya daxildir:
-elmi dünyagörüşü, əməyə düzgün münasibəti təşəkkül etdirmək;
-şagirdlərdə tədris fəaliyyətinə maraq aşılamaq;
-şagirdlərin humanist, estetik və ideya-siyasi tərbiyəsini həyata keçirmək.
Müəllimin bu cür pedaqoji bacarıq və vərdişləri onun ümumi bacarıqları ilə birlikdə pedaqoji fəaliyyəti müvəffəqiyyətlə həyata keçirilməsinə imkan verir. Bu cür bacarıq və vərdişlər pedaqoji fəaliyyət prosesində formalaşmaqla yanaşı, həmin fəaliyyətin səmərəli təşkilini təmin edir. Pedaqoji bacarıq və vərdişlər qabiliyyət səviyyəsinə yüksəldikdə fəaliyyətin müvəffəqiyyətli icrası üçün əsas amilə çevrilir.
Təlim və tərbiyə prosesində müəllimin yüksək göstəricilər əldə etməsi onun pedaqoji qabiliyyətlərinin inkişafından asılıdır. Pedaqoji qabiliyyətlər də müəllimin pedaqoji ustalığını şərtləndirən cəhətlərdəndir. Pedaqoji qabiliyyətləri şərti olaraq üç qrupda birləşdirmək olar.
Dostları ilə paylaş: |