Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə238/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   234   235   236   237   238   239   240   241   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

1.Rəsmi münasibət

2.Qeyri-rəsmi münasibət

Əgər pedaqoji kollektivin üzvləri arasında vahidlik yoxdursa, onda müəllimlər arasında münaqişə, qısqanclıq, paxıllıq və s. yarana bilər ki, bu da məktəbdə təlim-tərbiyə işinin müvəffəqiyyətinin aşağı düşməsinə təsir göstərir. Burada pedaqoji kollektivdəki psixoloji iqlim mühüm rol oynayır. Müsbət psixoloji iqlim məktəbdə təlim tərbiyə işinin yüksək səviyyədə həyata keçirilməsinə, kollektiv üzvlərinin əhval-ruhiyyələrinin yüksək olmasına səbəb olur. Müsbət psixoloji iqlim kollektiv üzvlərinin əməkdən zövq almasına, ünsiyyət sevincinə, etibarlılığa və s. kimi emosional vəziyyətin yaranmasına səbəb olur. Ona görə də pedaqoji kollektivdə müsbət, xoş psixoloji iqlimin yaranması həmin kollektiv üçün ən mühüm cəhət hesab olunur. Psixoloji iqlimin pozulması, üzvləri bir-birinə qarşı qoyur, onlarda bir-birinə qarşı inamsızlıq, kinlilik, işə qarşı laqeydlik, müxtəlif münaqişələr və s. yaranmasına gətirib çıxarır.



Pedaqoji kollektivdəki psixoloji iqlim bir sıra amillərdən asılıdır. Pedaqoji kollektivdə bu və ya digər psixoloji iqlimin yaranması məktəb rəhbərlərinin, məktəbin ictimai təşkilatlarının rəhbərlik üslubundan asılıdır. Əgər məktəb direktoru və onun müavinləri pedaqoji kollektivə rəhbərliyi tələb olunan səviyyədə keçirərlərsə, kollektiv üzvlərinin əməyini düzgün qiymətləndirərlərsə, bu, pedaqoji kollektivdə müsbət psixoloji iqlimin yaranmasına köməklik göstərir. Pedaqoji kollektivdəki psixoloji iqlimə kollektiv üzvlərinin özlərinin də təsiri olur. Kollektiv üzvlərində sosial-psixoloji uyuşma, uyğunluq yoxdursa, burada psixoloji iqlimdən danışmağa dəyməz. Bunun üçün kollektiv üzvlərində qarşılıqlı yardım, özünə qarşı yüksək tənqidlilik və həmkarına qarşı dözümlülük kimi keyfiyyətlər olmalıdır. Bəzən kollektivdə yüksək psixoloji uyuşmazlığa malik olan müəllimlərə də rast gəlmək olur ki, onlar psixoloji iqlimin pozulmasının əsas səbəbkarına çevrilir. Pedaqoji kollektivdə müsbət psixoloji iqlimin yaranması sosial-psixoloji funksiyaları həyata keçirməkdən ibarətdir. Həmin funksiyalara aşağıdakılar aiddir:


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin