Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Şagirdlərlə təmas yarada bilməmək. 2



Yüklə 277,04 Kb.
səhifə234/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   230   231   232   233   234   235   236   237   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

1.Şagirdlərlə təmas yarada bilməmək.

2.Şagirdin daxili psixoloji mövqeyini başa düşə bilməmək.

3.Dərsdə ünsiyyəti idarə edə bilməmək.

4.Qarşılıqlı münasibəti yaratmağı bacarmamaq.

5.Daxili nitqdən xarici nitqə asanlıqla keçə bilməmək.

6.Ünsiyyət prosesində öz psixi vəziyyətini idarə edə bilməmək.

Ümumiyyətlə, müəllimin qarşılaşdığı psixoloji çətinlikləri ümumiləşdirmiş olsaq onların aşağıdakılardan ibarət olduğunu söyləyə bilərik: müəllim şagirdi bütövlükdə öz inkişaf perspektivində qavraya bilmir, öz əməyini pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət və şəxsiyyətlə vəhdətdə olan bir tam kimi görə bilmir, onları “müəllim-şagird” sistemi çərçivəsinə keçirə və qiymətləndirə bilmir.

Pedaqoji fəaliyyət prosesində müəllimlərin rastlaşdıqları çətinliklərin bir qismi təlim prosesi ilə bağlıdır. Belə çətinliklər didaktik xarakterli çətinliklərdir və aşağıdakı formalarda cərəyan edir.

1.Şagirdlərdə təfəkkür müstəqilliyinin inkişaf etdirilməsi ilə bağlı olan çətinliklər.

2.Bacarıq və vərdişlərin formalaşdırılması ilə bağlı olan çətinliklər.

3.Tədrislə mənimsəmə arasındakı ziddiyyətlə bağlı olan çətinliklər.

4.Elmi informasiyanın çox olması ilə bağlı olan çətinliklər.

5.Qarşıya qoyulmuş məqsədlə şagirdin maraq və iddia səviyyəsinin uyğunsuzluğundan yaranan çətinlik.

6.Öyrənmənin kollektiv, mənimsəmənin isə fərdi xarakter daşımasından irəli gələn çətinliklər.

7. Zəif oxuyan şagirdlərlə fərdi iş aparmaqla bağlı çətinliklər.

8.Dərsin vaxt bölgüsünə düzgün əməl edə bilməməklə bağlı çətinliklər və s.

Psixoloqlar pedaqoji fəaliyyət zamanı müəllimin qarşılaşdığı psixoloji çətinliklərin yaranma səbəblərini və onlara təsir formalarını araşdırmışlar.




Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin