1.Xarici səbəblərdən irəli gələn psixoloji çətinlik. Bu cür çətinliklər pedaqoji situasiyanın obyektiv çətinliyi nəticəsində yaranır və pedaqoji vəzifənin həyata keçirilməsinin uyğun vasitələrinin olmaması ilə şərtlənir. Bu cür çətinlik baş verdikdə öyrədici formadan, təlim və ya özünütəlimdən (müəllimin biliyindəki çatışmazlıqları aradan qaldırmaqla) istifadə etmək zəruridir.
2.Daxili səbəblərdən irəli gələn psixoloji çətinlik. Bu cür çətinliklər müəllim şəxsiyyətinin fərdi xüsusiyyətləri, motivləşməsi, əhvalları, özünü qiymətləndirməsi ilə şərtlənir. Həmin daxili amillər konkret pedaqoji məsələnin həllinə təsir göstərir. Bu cür çətinliklər baş verdikdə psixoterapevtik formadan istifadə etmək, gərginliyin aradan qaldırılması üçün lazımi şərait yaratmaq məqsədəmüvafiqdir.
Dostları ilə paylaş: |