Müəllimin pedaqoji fəaliyyəti və pedaqoji ünsiyyəti həmişə rəvan, maneəsiz getmir. Müəllim bu prosesdə bir sıra psixoloji çətinliklərlə rastlaşır ki, onları nəzərə almadan və aradan qaldırmadan pedaqoji fəaliyyətin müvəffəqiyyətindən danışmaq mümkün deyildir. Müəllimin pedaqoji fəaliyyətində rastlaşdığı çətinliklərin böyük bir qismi məhz psixoloji çətinlik kimi xarakterizə olunur. Pedaqoji fəaliyyəti yerinə yetirərkən müəllimin qarşılaşdığı psixoloji çətinlikləriaşağıdakı kimi qruplaşdırmaq olar.