Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Fərd-bioloji varlığın insan növüdür. Şəxsiyyət



Yüklə 277,04 Kb.
səhifə26/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   22   23   24   25   26   27   28   29   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

Fərd-bioloji varlığın insan növüdür.

Şəxsiyyət-insanı digər canlılardan fərqləndirən sosial varlıqdır.

Fərdiyyət-insanın özünəməxsus, bənzərsiz, təkrarsız, fizioloji, psixoloji, sosial keyfiyyət və xüsusiyyətləri özündə birləşdirən varlıqdır.

Şəxsiyyət problemi ilə bir sıra elmlər məşğul olur. Onlardan biri də psixologiya elmidir. Müasir psixologiyada şəxsiyyət anlayışına birmənalı yanaşma yoxdur. Lakin tədqiqatçıların əksəriyyəti hesab edirlər ki, həyatı boyu formalaşan, özünəməxsus fərdi xüsusiyyətləri, müəyyən təfəkkürü, davranış tərzi, hisləri olan insan şəxsiyyət adlanır.

İctimai inkişaf prosesində insan şəxsiyyətə çevrildikcə onun özünəməxsus həyat tərzi və öz daxili aləmi formalaşır. Psixologiyada bu mühüm elmi faktı ifadə etmək üçün fərdiyyət anlayışından istifadə olunur. Biz insanı fərdiyyət kimi nəzərdən keçirərkən onu başqa adamlardan fərqləndirən cəhətləri, onun psixikasının və şəxsiyyətinin özünəməxsus xüsusiyyətlərini xarakterizə edirik. Fərdiyyət temperament və xarakter əlamətlərində, tələbatların, maraqların, intellektin, qabiliyyətlərin və s. özünəməxsus xüsusiyyətlərində təzahür edir.

Şəxsiyyət dedikdə müəyyən ictimai tarixi bir dövrdə yaşayıb fəaliyyət göstərən, ətraf mühiti özünə uyğun dəyişdirməyi bacaran, son dərəcə şüurlu ictimai bir varlıq nəzərdə tutulur. Şəxsiyyətin ən mühüm əlamətlərindən biri-özünü şüurlu sürətdə idarə etmək qabiliyyətidir. Şəxsiyyət eynən təkrarı mümkün olmayan bir fərdiyyətdir. Belə ki, eyni psixoloji xüsusiyyətlərə malik olan iki şəxsiyyətə rast gəlmək mümkün deyildir.

Şəxsiyyətin inkişafında biolojisosial amillər mühüm rol oynayır. Şəxsiyyətin strukturunda bioloji və sosial amillərin nəzərə alınması zəruridir. Bioloji və sosial amillər vəhdət təşkil edir və bir-birinə qarşı qoyula bilməz.

Şəxsiyyət insan inkişafının müəyyən mərhələsində formalaşmağa başlayır. Şəxsiyyətin formalaşmasında onun mənsub olduğu cəmiyyət, məşğul olduğu fəaliyyət prosesi mühüm rol oynayır. Çünki, cəmiyyətdən kənarda olan və heç bir səmərəli fəaliyyətlə məşğul olmayan adamın şəxsiyyəti haqqında bir söz demək mümkün deyildir. Ən yeni psixoloji tədqiqatlar şəxsiyyətin formalaşmasında ailənin, sosial qrupların, yaşlılarla uşaqlar arasında əmələ gələn münasibətlərin böyük əhəmiyyətə malik olduğunu əsaslı surətdə sübut edir.



Şəxsiyyətin quruluşu çox mürəkkəbdir. Bu quruluş özündə aşağıdakı sahəni birləşdirir.


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin