Elektromaqnit induksiya hadisəsinin öyrənilməsi.
İşçi qruplar və yaxud cütlər ilə təşkil edilə bilər. Bu tapşırıqların təyinatı şagirdlərə izah edilir, onların yerinə yetirilmə ardıcıllığını müəyyən edirlər. Təqdim edilən dərs nümunəsi cütlər ilə iş üçün nəzərdə tutulmuşdur. İşin məqsədi: Elektromaqnit induksiya hadisəsinə aid nəzəri biliklərini praktikaya tətbiq etnək, hadisəni fərqli eksperimentlər ilə bir daha araşdırmaq. Tələb edilən resurslar: qalvanometr, bir neçə dolaqdan ibarət qapalı kontur, maqnit (düz və ya nalşəkilli), birləşdirici naqillər.
Qiymətləndirmə. Aşağıda verilən meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyənləşdirmək mümkündür.
Sadə cihazlardan istifadə etmək ilə elektromaqnit induksiya hadisəsini təcrübi şəkildə müxtəlif üsullar ilə sərbəst yoxlayıb müəyyən edə bilmir.
Sadə cihazlardan istifadə etmək ilə elektromaqnit induksiya hadisəsini təcrübi şəkildə müxtəlif üsullar ilə çətinliklə yoxlayıb müəyyən edir.
Sadə cihazlardan istifadə etmək ilə elektromaqnit induksiya hadisəsini təcrübi şəkildə müxtəlif üsullar ilə əsasən yoxlayıb müəyyən edir.
Sadə cihazlardan istifadə etmək ilə elektromaqnit induksiya hadisəsini təcrübi şəkildə müxtəlif üsullar ilə düzgün yoxlayıb müəyyən edir.
Dostları ilə paylaş: |