Toplayıcı linzanın baş fokus məsafəsinin və optik qüvvəsinin təyini.
Müəllimin işi cihaz və avadanlıqların sayından asılı şəkilində qruplarda və ya cütlərdə təşkil edə bilər. Praktik işin məqsədi şagirdlərə izah edilir, onun yerinə yetirilmə ardıcıllığı müəyyən edilir. Təqdim edilən dərs nümunəsi cütlər ilə iş üçün nəzərdə tutulmuşdur.
İşin məqsədi:Toplayıcı linzanın əsas xarakteristikasını – fokus məsafəsi və optik qüvvəsini təcrübi şəkilində təyin edib müəyənləşdirmək.
Tələb edilən resurslar: dərslik, dayaq üzərində olan toplayıcı linza, işıq mənbəyi (lampa və yaxud şam), ölçü lenti, ekran.
Qiymətləndirmə. Aşağıda verilən meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək mümkündür.
Toplayıcı linzanın baş fokus məsafəsini və optik qüvvəsini təcrübi şəkildə səhv təyin edib müəyyənləşdirir.
Toplayıcı linzanın başfokus məsafəsini və optik qüvvəsini təcrübi şəkildə çətinliklə təyin edib müəyyənləşdirir.
Toplayıcı linzanın başfokus məsafəsini və optik qüvvəsini təcrübi şəkildə əsasən təyin edib müəyyənləşdirir.
Toplayıcı linzanın başfokus məsafəsini və optik qüvvəsini təcrübi şəkildə düzgün təyin edib müəyyənləşdirir.
Sadə cihazlardan və avadanlıqlardan sərbəst istifadə etmək, lazım olan ölçmələr və hesablamalar aparmaq qabiliyyətini müəllimin köməyi ilə nümayiş etdirir.
Sadə cihazlardan və avadanlıqlardan sərbəst istifadə etmək, lazım olan ölçmələr və hesablamalar aparmaq qabiliyyətini az qüsura yol verməklə nümayiş etdirir.
Sadə cihazlardan və avadanlıqlardan sərbəst istifadə etmək, lazım olan ölçmələr və hesablamalar aparmaq qabiliyyətini qismən nümayiş etdirir.
Sadə cihazlardan və avadanlıqlardan sərbəst istifadə etmək, lazım olan ölçmələr və hesablamalar aparmaq qabiliyyətini tam və dəqiq nümayiş etdirir.
Təhsildə və tədrisdə müəyyən çatışmazlıqlar vardı. Kurikulumun yeni tətbiq olunduğu ölkə kimi Azərbaycandada orta ümumtəhsil məktəblərində fızikanın tədrisi sahəsində də ciddi problemlər vardı. Bu problemlərdən biri də laboratoriyalardan düzgün istifadə edilib-edilməməsidir ki, bu da fızikanın tədrisində çox vacib rol oynayır. Bu zaman şagird müəyyən təbiət hadisələrini, bu zaman baş verən fıziki dəyişiklikləri əyani şəkilində müşahidə etməkdədir. Digər bir problem fızika müəlliminin metodlardan səmərəli istifadə edib-etməməsi problemidi. Belə ki, müəllim metodların laboratoriya dərslərində tətbiqi zamanı həm əyani, həm şifahi, həm də praktik metodlardan istifadə etməkdə çətinlik çəkir və ya metodları çox uğursuz tətbiq edir ki, bu da dərslərin səmərəliliyini gözəçarpacaq dərəcədə aşağı salır. Bu problemin yaranmasının başlıca səbəblərindən biri də fızika müəllimlərinin laboratoriya dərslərinə qeyri-ciddi yanaşmasıdı. Laboratoriya dərslərinə laqeyd münasibət problemi tədrisin keyfıyyətini aşağı salır. Bəzi fızika müəllimləri bu dərsləri laboratoriyalarda tədris etmək əvəzinə fızika kabinetində “nağıl” kimi izah etməyi üstün tuturlar. Bəzən laboratoriya dərslərinin keçirilməməsi problemi özünü məktəblərdə (xüsusəndə rayon və kənd məktəblərində) lazım olan avadanlıqların və əyani vəsaitlərin olmamasında əks etdirir. Təəssüflər olsun ki, VII-XI sinifdə təhsil alan əksər şagirdlər laboratoriya dərslərinə maraq göstərmirlər. Onlar mövcud təhsil sisteminin tələblərinə müvafıq şəkilində test həll etməklə və bunun nəticəsində ali məktəblərə qəbul olunmaqla öz vəzifələrini bitmiş hesab edirlər. Fizikaya bu cür yanaşma laboratoriya dərslərini şagirdlər üçün daha arxa plana keçirir. Şagirdlər, “onsuzda imtahanda bizdən laboratoriya işləri aparmaq tələb edilmir.” düşüncəsi ilə laboratoriya dərslərini “vaxt itkisi” hesab edirlər.
Laboratoriya işlərinin həyata keçiriməsinin vacibliyi ən mühüm məsələlərdən biridi. Hər bir fızika müəllimi müasir tədris imkanlarından istifadə etmək ilə və dərsi mükəmməl formada qurmaq ilə öz məqsədinə çata bilər. Ancaq dərsi interaktiv formada qurmaq və sinifə tam nəzarət etmək ilə şagirdlərin fəallığını təmin edib onların hər birini dərsə cəlb etmək və prosesdə aktiv mövqe tutmaları üçün tədris saatı kifayət etməyə bilir. Bu vəziyyət laboratoriya dərslərində özünü daha qabarıq şəkildə büruzə verir, beləki, müəllim həm dərs demək, həm də laboratoriya təcrübəsini şagirdlərə nümayiş etdirmək, nümayiş etdirdikdən sonra isə şagirdlərin apardıqları işə nəzarət etməlidir, şagirdlərdən hər hansı biri təcrübəni aparmaqda çətinlik çəkdikdə və yaxud hər hansı səhvə yol verdikdə, onu başqa şagirdlərin də iştirakı vasitəsilə düzəltməlidi. Bütün bu prosesləri müəllim tək apara bilməz. Bunun üçün müəllimə laboratoriya otağına təhkim edilmiş laborant kömək etməlidi. Təəssüflər olsunki, hal-hazırda orta ümumtəhsil məktəblərimizin böyük əksəriyyətində təcrübəli laborant çatışmazlığı yaşanır. Fizika fənni laborantı laboratoriya otağındakı əyani şəkilində alətlərdən, vəsaitlərdən, cihazlardan nəinki istifadə edə bilmir, hətta onları tanımır. Beləliklə, təlimin keyfıyyəti aşağı düşür. Şagirdlər mövzunu öyrənsələrdə, onu tam dərk edə bilmirlər. Təcrübəli laborant çatışmazlığı problemini aradan qaldırmaqdan ötrü fızika laborantları üçün təlimlər təşkil olunmalı, laborantlar həmin təlimlərə cəlb olunmalıdı. Mütəmadi şəkilində istifadə edilməsi zəruri olan və əksər mövzuların tədrisində gərək olan vasitələr ilin əvvəlində hazırlanmalıdır, il boyu təkmilləşdirilməlidi. Tədris ilinin əvvəlindən müəllim, əyani, texniki vasitələri siniflər üzrə, çevik şəkildə onlardan istifadə vaxtına görə planlaşdırmalıdi. Çatışmayan əyaniliklərin və avadanlıqların, aparatların siyahısını çıxarmalıdi. Həmin çatışmazlıqların əldə edilməsinə səy göstərməlidi.
Bütün bunlardan əlavə, son iki ildə COVİD-19 virusunun törətdiyi çətinliklər nəticəsində, təhsil sistemində tez-tez distant təhsilə keçid baş vermişdi. Bunun nəticəsi şəkilində,
Yanaşmanı fərdiləşdirib və təlim prosesini fərqləndirə bilmək;
Şagirdləri səhv olaraq diaqnostikası və əks əlaqə vasitəsilə idarə etmək;
Təhsil və idrak fəaliyyətinin özünüidarə etməsini və özünüdüzəltməsini təmin edə bilmək;
Kompüterdəki olduqca zəhmət tələb edən hesablamalar sayəsində təlimin müddətini azaltmaq;
Vizual olaraq təlimat məlumatlarını əks etdirmək;
Proses və hadisələri simulyasiya və simulyasiya edə bilmək;
Virtual olaraq reallıqda laboratoriya işləri, təcrübələr aparmaq;
Optimal şəkildə qərarlar qəbul etmək qabiliyyətini formalaşdırmaq;
Oyun vəziyyətlərindən istifadə edə bilmək bacarığı ilə təlim prosesinə marağı yüksəltmək və s. mümkündür.
Dostları ilə paylaş: |