biləcəkləri potensial risklərin azaldılması sahəsində tədbirlərin həyata
48
Bankların fəaliyyətində risklərin idarə olunması proseslərin
təkmilləşdirilməsi ilə əlaqədar həyata keçirilən əsas tədbirlərdən biri də
risklərin idarə olunması üzrə müvafiq strategiyaların hazırlanması, eyni
zamanda da bankların maliyyə bazarına təqdim etmiş olduğu yeni
xidmətlərin həmin bankın strategiyasına uyğunluğunun müəyyən
olunmasıdır.
Banklar bazara yeni məhsul və yaxud yeni xidmət təklif etdikləri
halda bankın həyata keçirdiyi risklərin idarə olunması strategiyasına
uyğun olaraq aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərə alır:
Yeni təklif edilmiş xidmətin və yaxud da məhsulun ətraflı,
müfəssəl təsviri;
Yeni yaradılmış və bazara təklif ediləcək xidmətin və yaxud
da məhsulun istifadəsindən yaranacaq potensial risklərin
qiymətləndirilməsi;
Yeni xidmət və məhsullar üçün daha effektiv olan risklərin
idarə olunması sisteminin fəaliyyətini təmin edə biləcək
resurslardan səmərəli istifadənin müəyyən edilməsi;
Bankların
fəaliyyətində
risklərin
idarə
olunmasının
təkmilləşdirilməsi zamanı qarşıya çıxan əsas məsələlərdən biri də
maliyyə risklərinin azaldılmasının təmin olunmasıdır. Maliyyə
risklərinin azaldılması bəzi hallarda riskdən qaçmə, uzaqlaşma yaxud da
kənarlaşma kimi də ifadə olunur ki. Bu da həmçinin son nəticədə
mənfəətin azaldılması ilə əlaqələndirilə bilər. Risklərin idarə edilməsi
sisteminin təkmilləşdirilməsi yolları aşağıdakı sxem vasitəsilə əhatəli
təhlil olunmuşdur.