Unicef newsletter Jan-March Aze pub


Uşaq Hüquqları Komitəsinə hesabat tərtib edilir



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix02.01.2022
ölçüsü0,96 Mb.
#2723
1   2   3   4   5   6   7
Uşaq Hüquqları Komitəsinə hesabat tərtib edilir 

Əsas fakt və 

rəqəmlər 

• 

Müəssisələrdə olan 



uşaqların sayı (2008) – 

14,500 


• 

Əlilliyi olan uşaqların sayı 

(2006) – 48,500 

• 

Qaçqın və məcburi 



köçkünlərin sayı  – 1 

milyon 


• 

Qaçqın və məcburi köçkün 

uşaqlar - 330,000 

• 

Mina təhlükəsi ilə üzləşən 



insanlar - 500,000 

UHK  ən çox qəbul edilən 

beynəlxalq sənəddir. 1989-cu il 

noyabrın 20-də qəbul edildikdən 

sonra Konvensiya ABŞ  və So-

mali istisna olmaqla bütün 

dövlətlər tərəfindən ratifikasiya 

edilmişdir. 

Konvensiyanın həyata 

keçirilməsinə müstəqil 

ekspertlərdən ibarət qrup – 

Uşaq Hüquqları Komitəsi 

nəzarət edir. Komitə eyni 

zamanda Konvensiyanın 

uşaqların silahlı münaqişələrdə 

iştirakına və  uşaq alveri, uşaq 

fahişəliyi və uşaq pornoqrafiyas-

ına dair iki fakültativ protokol-

unun da həyata keçirilməsinə 

nəzarət edir. 

Konvensiyaya qoşulan bütün 

dövlətlər orada müəyyən edilmiş 

hüquqların necə 

həyata 


keçirilməsinə dair Komitəyə 

müntəzəm hesabatlar 

verməlidir. Dövlətlər Konvensi-

yaya qoşulduqdan iki il sonra ilk 

hesabatını  təqdim etməli, daha 

sonra hər beş ildən bir hesabat 

verməlidir. Komitə 

təqdim 


edilmiş 

hər bir hesabatı 

nəzərdən keçirir, öz narahatlıq 

və  təkliflərini “Yekun tövsiyələr” 

formasında Konvensiyaya qo-

şulmuş dövlətə təqdim edir. 




Səh. 4 

1 Sayı 


Azərbaycanın müxtəlif yerlərindən 

gələn məktəb müəllimləri bu ilin 

aprelində Bakıda Azərbaycan 

Müəllimlər  İnstitutunun akt zalında 

UNICEF-in dəstəklədiyi fəal təlim 

proqramının tətbiq edilməsinə dair 

ilk təlimçilərin təlimi kurslarında 

iştirak etmişdir. 

Əvvəllər fəal təlimə dair treninq 

keçən bir neçə  təlimçi artıq öz 

həmkarlarına bu müasir tədris meto-

dunun 


əsaslarını öyrədirlər. 

Müəllimlər etiraf edir ki, yeni təlim 

üsulu sovet dövründən qalan köhnə 

tədris metodunu daha maraqlı  və 

cəlbedici edir. 

“Siz fəal təlimin inkişaf etdirilməsi 

və onun ümumi tədris üsuluna 

çevrilməsi baxımından 

Azərbaycanda aparılan təhsil isla-

hatlarının önündəsiniz”, UNICEF-in 

Azərbaycandakı nümayəndəsini 

əvəz edən Məhəmməd Bendris 

Ələmi kursun dinləyicilərinə belə 

dedi. “Sizin məqsədi  ən yaxşı 

beynəlxalq təcrübənin 

Azərbaycanda tətbiq edilməsi olan 

bu mühüm islahatlara sadiqliyinizi 

və töhfələrinizi yüksək 

qiymətləndiririk”, o bildirdi. 

“Biz ümid edirik ki, siz yolunuzdakı 

bütün maneələri dəf edərək, bu 

effektiv metodu öyrənəcək və onu 

öz işinizdə  tətbiq edəcəksiniz”, 

Təhsil Nazirliyinin Strateji təhlil və 

planlaşdırma 

şöbəsinin müdiri 

Fərzəli Qədirov iştirakçılara belə 

dedi. 


Fəal təlim proqramı Azərbaycanda 

2000-ci ildə UNICEF-in beş ibtidai 

sinif məktəbində sınaq layihələrinin 

həyata keçirməsi ilə başladı. Həmin 

məktəblərdə 

uşaqların 

əsas 

düşünmə bacarıqları, onların iştirak 



etmək və özlərini ifadə etmək 

qabiliyyətini təkmilləşdirmək 

məqsədilə qrup işi və  şagird 

təqdimatları kimi müasir üsullar 

tətbiq olunmuşdur. Bu üsullar gen-

der məsələlərinə dair həssas olan və 

uşaqların yaşadığı müasir dünyaya 

uyğun dərsliklərin yazılması ilə 

dəstəkləndi. 

Daha sonra fəal təlim təhsil islahat-

larına, 2008-ci ildə müəllim 

hazırlığı  və ixtisasartırma tədris 

proqramlarına daxil edildi. UNICEF 

fəal təlimin bütün dərsliklərə, 

müəllim və şagird vəsaitlərinə daxil 

edilməsini təmin etmək üçün 

dərsliklərin hazırlanmasını 

dəstəklədi. 

Proqramın məqsədi məktəbəqədər 

və ibtidai təhsili möhkəmləndirmək, 

uşaqların tədris prosesində iştirakını 

artırmaqla, keyfiyyətli və  səmərəli 

təhsilə çıxışı artırmaqdır. 

Fəal təlim sağlamlıq və müdafiə, 

valideyn və icmaların iştirakı, gen-

der həssaslığı və inklüzivliyi özündə 

birləşdirən “Məktəb uşağının dos-

tudur” adlı təhsil modelinin effektiv 

tərkib hissəsidir. 

Müəllimlər təsdiq edirlər ki, yeni 

metod  şagirdlərin iştirak və qar-

şılıqlı  əlaqə olmadan əyləşərək 

müəllimə qulaq asdıqları köhnə, 

sovet dövründən miras qalmış meto-

dundan qat-qat təsirlidir. 

“Əvvəllər uşaqlar obyekt kimi 

idilər, indi isə onlar bizim 

tərəfdaşlarımızdır və bizə dost kimi 

baxırlar. Onlar daha sərbəstdirlər və 

fikirlərini azad ifadə edirlər”, 

Dağlıq Qarabağın yaxınlığında 

cəbhə  xəttində yerləşən Füzuli 

rayonunda UNICEF-in sınaq 

məktəbində  işləyən müəllimlərdən 

biri belə deyir. 

“Dərslərdə cüt-cüt və ya qruplarda 

işləmək və bir-birinə kömək etmək 

necə  də asan və gözəldir. Bu, can-

sıxıcı  iş olan həmişə oturub 

müəllimə qulaq asmaqdan xeyli 

yaxşıdır”, bir şagird bizə belə de-

mişdi. 


Fəal təlim Azərbaycan 

məktəblərində yayıldıqca, 

valideynlər də məktəbin idarə olun-

masına cəlb edilir, valideyn-

müəllim birlikləri yaradılır. Bu 

birliklər dərslərdə  iştirak edərək, 

ümumi nəzarət həyata keçirir. 

Valideynlərin iştirakından savayı 

şagirdlər də özləri ilə bağlı 

məsələlər və  qərarları  məktəb 

parlamentlərində müzakirə edirlər. 

Onlar öz məktəblərində  şagird 

nailiyyətlərini, davamiyyəti, iştirakı 

və  uşaqların qorunmasını yoxlayır-

lar. Bir çox məktəbdə  şagirdlərin 

fikirlərini və narahatlıqlarını 

öyrənmək üçün rəy və  təklif qutu-

larından da istifadə edilir. 

Fəal təlim UNICEF-in 

Azərbaycanın təhsil sahəsində  ən 

uğurlu təşəbbüsü olmaqla, hər bir 

şagirdin tədris prosesində  fəal işti-

rakı üçün geniş imkanlar açmışdır. 

Artıq UNICEF və onun əsas 

tərəfdaşı olan Təhsil Nazirliyinin 

qarşısında duran vəzifə  fəal təlimin 

Azərbaycan məktəblərində  əsas 

yanaşma olmasını təmin etməkdir. 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin