Səh. 3
1 Sayı
UNICEF-in missiyası uşaq hüqu-
qlarının qorunmasını təşviq etmək,
uşaqların
əsas ehtiyaclarının
ödənilməsinə yardım etmək və
onların tam potensiala çatmaq im-
kanlarını genişləndirməkdir. UNI-
CEF bu yöndə Uşaq Hüquqları
Konvensiyasının (UHK) müddəa və
prinsiplərini rəhbər tutur.
UHK silsilə insan hüquqları –
mülki, mədəni, iqtisadi, siyasi və
sosial hüquqları özündə birləşdirən
ilk məcburi hüquqi qüvvəyə malik
beynəlxalq sənəddir. Konvensiya
bu hüquqları 54 Maddədə və iki
fakültativ protokolda əks etdirir.
Orada bütün dünyada uşaqlara
məxsus əsas insan hüquqları – sağ
qalmaq, tam inkişaf etmək, zərərli
təsirlərdən, təhqir və istismardan
qorunmaq, ailədə, mədəni və sosial
həyatda tam iştirak hüquqları
təşəkkül tapmışdır. Konvensiyanın
dörd təməl prinsipi ayrı-seçkiliyin
aradan qaldırılması; uşağın ən yaxşı
maraqlarına sadiqlik; yaşamaq, sağ
qalmaq və inkişaf hüququ;
uşaqların fikirlərinə hörmətdir.
Azərbaycan Respublikası UHK-ni
Sovet
İttifaqının
süqutu ilə
müstəqilliyin əldə edilməsindən bir
müddət sonra, 1992-ci il iyulun 21-
də ratifikasiya etmişdir.
Azərbaycan Uşaq Hüquqları
Komitəsinə ilk dövri hesabatını
1997-ci ildə, ikinci dövri hesabatını
isə 2005-ci ildə təqdim etmişdi.
Artıq Azərbaycan hökuməti bu ilin
payızında 2006-2009-cu illəri əhatə
edən müştərək üçüncü və dördüncü
hesabatını Komitəyə təqdim etməyə
hazırlaşır. Azərbaycan hökumətinin
uşaq hüquqlarını prioritetləşdirmək
məqsədilə qəbul etdiyi bir sıra
qanunverici və proqram tədbirlərini
alqışlayan Uşaq Hüquqları
Komitəsi öz Yekun Tövsiyələrində
bununla belə uşaqlar üçün büdcə
vəsaitinin ayrılması, küçə uşaqları,
uşaqların ümumi sağlamlıq
vəziyyəti, yetkinlik yaşına çatma-
yanlara dair ədalət mühakiməsinin
həyata keçirilməsi sahələrində nara-
hatlıqların qaldığından
təəssüfləndiyini bildirilmişdi.
Komitənin xüsusi narahatlığı ondan
ibarət idi ki, əlilliyi olan, qaçqın və
məcburi köçkün uşaqlara, habelə
İİV/QİÇS ilə yaşayan uşaqlara qarşı
ayrı-seçkiliyin müəyyən formaları
mövcuddur, uşağın ən yaxşı
maraqları prinsipi isə xüsusilə
təhlükəyə məruz qalan uşaqlara
münasibətdə heç də həmişə həyata
keçirilmir. Komitə
həmçinin
uşaqlara qarşı müxtəlif yerlərdə
zorakılıq, alçaldıcı və qeyri-insani
cəza və kobud rəftardan istifadə ilə
bağlı
məlumatlardan
təəssüfləndiyini bildirmişdi.
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi (AQUPDK)
bu hesabatın hazırlanması üçün
mərkəzi icra hakimiyyəti orqanı
təyin edilmişdir. Hökumət UNI-
CEF-dən hesabatın hazırlanması
üçün beynəlxalq təcrübəni təmin
etməyi xahiş etmişdir.
UHK-nin həyata keçirilməsində
hökumətin əsas tərəfdaşı olan UNI-
CEF AQUPDK-ya məlumatların
yığılması və hesabat layihəsinin
hazırlanması üçün adekvat me-
todologiyanın yaradılması üzrə
məsləhətlər vermək məqsədilə
təcrübəli beynəlxalq məsləhətçi
dəvət etdi. Bu məsləhət xidmətləri
çərçivəsində
Uşaq Hüquqları
Komitəsinin Azərbaycan üzrə ver-
diyi Yekun Tövsiyələr nəzərdən
keçirildi, müxtəlif dövlət qurum-
larından UHK-nin həyata
keçirilməsinə dair məlumatlar əldə
edildi, AQUPDK-in əməkdaşları,
hesabatın hazırlanması üzrə
əlaqələndirici şəxslər və vətəndaş
cəmiyyətinin nümayəndələri üçün
treninqlər keçirildi.
Paralel olaraq UNICEF, BMT-nin
İnsan Hüquqları üzrə Ali Komissar-
lığı, Açıq Cəmiyyət İnstitutu –
Yardım Fondu və Save the Children
(Uşaqların Xilası) alyansı
Azərbaycanda vətəndaş cəmiyyəti
təşkilatlarına Uşaq Hüquqları
Komitəsinə alternativ hesabat
təqdim etməyə imkan yaradan birgə
layihə həyata keçirir. Alternativ
hesabat qeyri-hökumət təşkilatları
(QHT) kimi müstəqil mənbələrdən
bitərəf məlumatlar almağa kömək
edəcək.
Dostları ilə paylaş: