Unicef newsletter Jan-March Aze pub


Azərbaycanda DSS-in nəticələri açıqlandı: bəzi



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix02.01.2022
ölçüsü0,96 Mb.
#2723
1   2   3   4   5   6   7
Azərbaycanda DSS-in nəticələri açıqlandı: bəzi 

rəqəmlər təxirəsalınmaz tədbirlər tələb edir. 

2008-ci ildə Azərbaycanda baş verən  əlamətdar hadisələrdən biri də  əhali və 

sağlamlıqla bağlı əsas məlumatlar təmin edən milli təmsilçilik sorğusu – Demo-

qrafiya və Sağlamlıq Sorğusunun nəticələrinin açıqlanması oldu. 

Demoqrafiya və Sağlamlıq Sorğusu və ya AzDSS USAID və UNICEF-in, 

habelə Macro İnternational İnc. Şirkətinin dəstəyi ilə Azərbaycan Respublikası-

nın Dövlət Statistika Komitəsi tərəfindən 2006-cı ildə aparılmışdı. Onun 

məqsədi ölkədə  həyata keçirilən müxtəlif sosial siyasət və proqramların hazır-

lanması, monitorinqi və qiymətləndirilməsi üçün qiymətli məlumatlar təmin 

etməkdir. 

7,180 ailəni  əhatə edən AzDSS kişilərin anketini də özündə birləşdirən azsaylı 

sorğulardan biri olaraq, 15-49 yaşlı 8,444 qadın və 15-59 yaşlı 2,558 kişi aras-

ında keçirilmişdir. Sorğuda ailə xarakteristikası, fertillik, ailə planlaşdırması, 

abort, körpə və uşaq ölümü, uşaq sağlamlığı, uşaqların inkişafı və erkən uşaqlıq 

dövründə tərbiyə, qidalanma, İİV/QİÇS ilə bağlı biliklər, münasibət və davranış, 

reproduktiv sağlamlıq, böyüklərin sağlamlığı, məişət zorakılığı  və qadınlara 

səlahiyyətlərin verilməsi kimi sahələrə aid 100 göstərici üzrə məlumatlar toplan-

mışdır. Sorğu həm də ona görə özünəməxsusdur ki, orada məlumatlar mümkün 

qədər iqtisadi regionlar, yaşayış tipi, rifah statusu, anaların təhsili, yaş və digər 

mühüm xarakteristikalar üzrə bölünmüşdür. 

Sorğunun nəticələri ölkənin Minilliyin İnkişaf Məqsədlərinə  və Yoxsulluğun 

Azaldılması  və Davamlı  İnkişaf üzrə Dövlət Proqramındakı  məqsədlərə nail 

olunması istiqamətində  əldə etdiyi irəliləyişin izlənməsində mühüm rol oynay-

acaq. AzDSS demoqrafiya və  səhiyyə göstəricilərindən ibarət beynəlxalq 

məlumatlar bazasının genişlənməsinə də öz töhfəsini verir. 

Sorğuda Azərbaycanda həyata dair maraqlı faktlar öz əksini tapmışdır. Uşaqların 

doğum qeydiyyatı  əmsalı 90%-dən çoxdur: onların 94%-i qeydiyyata alınıb, 

88%-inin isə doğum haqqında  şəhadətnaməsi var. Lakin körpələrdə bu əmsal 

90%-dən aşağıdır, 0-11 aylıq uşaqların isə  cəmi 75%-inin doğum haqqında 

şəhadətnaməsi var. 

Yeni doğulma dövründə körpələr arasında ölüm halları xüsusi narahatlıq doğu-

rur. Körpə ölümünün böyük bir hissəsi (65%) məhz neonatal dövrdə baş verir. 

Buna doğuş arasında interval və anaların təhsili kimi amillər təsir edir. 

Peyvəndlə bağlı sorğu məlumatlarında deyilir ki, 19-28 aylıq körpələrin 60% 

bütün tövsiyə edilən peyvəndləri qəbul etmişdir. Yeni doğulmuşların 85% faizi 

ana südü ilə qidalanır, lakin yalnız ana südü ilə qidalandırma  əmsalı  hələ ar-

zuolunan səviyyədə olmayaraq, altı aya qədər uşaqların yalnız 12%-ini əhatə 

edir. Amma bəlkə  də  ən çox təlaş doğuran nəticə odur ki, uşaqların üçdə-bir 

hissəsində anemiya var, 25%-inin boyu yaşına görə kiçik, 8%-inin isə  çəkisi 

yaşına görə azdır, o cümlədən 7%-ində çəkinin yaşa görə kəskin azlığı müşahidə 

olunur. 

Azərbaycan yod çatışmazlığı xəstəliklərinin tam aradan qaldırılmasına yaxındır 

belə ki, hazırda ölkədə ailələrin böyük bir hissəsi – 94.6%-i yodlaşdırılmış duz-

dan istifadə edir. Müqayisə üçün deyək ki, bu rəqəm 2000-ci ildə  cəmi 41.3% 

idi. Lakin Azərbaycanda ailələrin yalnız 53.8%-i adekvat şəkildə yodlaşdırılmış 

duzdan istifadə edir və bu, Ümumdünya Səhiyyə  Təşkilatının, BMT-nin Uşaq 

Fondunun (UNICEF) və Yod Çatışmazlığı  Xəstəliklərinə Beynəlxalq Nəzarət 

Şurasının tövsiyə etdiyi rəqəmdən xeyli azdır. 

Azərbaycanda fertillik əmsalı 2-dir. Bu o deməkdir ki, iqtisadi regionlar üzrə 

bəzi fərqlər olmaqla azərbaycanlı qadın öz həyatı  ərzində dünyaya iki uşaq 

gətirir. Sorğunun digər nəticəsi isə erkən nikahlarla bağlıdır – 15-19 yaşlı 

qızların 6%-i ya anadır, yaxud da ilk dəfədir ki, hamilədir. Azərbaycan kimi 

müsəlman ölkəsi üçün kifayət qədər təəccüblü olan digər bir fakt odur ki, qad-

ınların 38%-i ən azı bir dəfə abort edib, onların 71%-i isə birdən daha çox abort 

edib. Baş verən doğuş hallarının 89%-i bacarıqlı tibbi personalın iştirakı ilə 

keçirilib. 

İİV/QİÇS üzrə biliklərlə əlaqədar məlumatlar da mühümdür. AZDSS-də deyilir 

ki, qadınların 65%-i, kişilərin isə 77%-i QİÇS haqqında eşitmişdir. İİV ilə bağlı 

rüsvayçılıq damğası  və ya stiqma yüksəkdir: qadınların yalnız 20%-i, kişilərin 

isə 8%-i QİÇS-ə yoluxmuş satıcıdan tərəvəz ala biləcəyini demişdi. Kişilərin 

24%-i sorğudan  əvvəlki bir il ərzində yüksək riskli cinsi əlaqəyə girmişdi. 

Böyüklərin 40%-dən az bir hissəsi İİV-ə harada yoxlanmağı bilir. Gənclərin az 

qismi İİV haqqında ətraflı biliklərə malikdir.  

Rəyi soruşulan qadınların 13%-i zorakılığa məruz qalmışdır. Belə halların 50%-

ində zorakılıq qadınların həyat yoldaşları tərəfindən törədilmişdir. Qadınların 3 

faizi demişdi ki, onlar ilk dəfə cinsi əlaqəyə məcburi girmişdilər, lakin narahatlıq 

doğuran odur ki, fiziki və ya cinsi zorakılığa məruz qaldığını bildirən qadınların 

58%-i kömək üçün kənara müraciət etməmiş, yalnız öz ailələrinə üz tutmuş və 

ya daxili qohumluq əlaqələrindən istifadə etmişdir.  


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin