Azərbaycanda DSS-in nəticələri açıqlandı: bəzi
rəqəmlər təxirəsalınmaz tədbirlər tələb edir.
2008-ci ildə Azərbaycanda baş verən əlamətdar hadisələrdən biri də əhali və
sağlamlıqla bağlı əsas məlumatlar təmin edən milli təmsilçilik sorğusu – Demo-
qrafiya və Sağlamlıq Sorğusunun nəticələrinin açıqlanması oldu.
Demoqrafiya və Sağlamlıq Sorğusu və ya AzDSS USAID və UNICEF-in,
habelə Macro İnternational İnc. Şirkətinin dəstəyi ilə Azərbaycan Respublikası-
nın Dövlət Statistika Komitəsi tərəfindən 2006-cı ildə aparılmışdı. Onun
məqsədi ölkədə həyata keçirilən müxtəlif sosial siyasət və proqramların hazır-
lanması, monitorinqi və qiymətləndirilməsi üçün qiymətli məlumatlar təmin
etməkdir.
7,180 ailəni əhatə edən AzDSS kişilərin anketini də özündə birləşdirən azsaylı
sorğulardan biri olaraq, 15-49 yaşlı 8,444 qadın və 15-59 yaşlı 2,558 kişi aras-
ında keçirilmişdir. Sorğuda ailə xarakteristikası, fertillik, ailə planlaşdırması,
abort, körpə və uşaq ölümü, uşaq sağlamlığı, uşaqların inkişafı və erkən uşaqlıq
dövründə tərbiyə, qidalanma, İİV/QİÇS ilə bağlı biliklər, münasibət və davranış,
reproduktiv sağlamlıq, böyüklərin sağlamlığı, məişət zorakılığı və qadınlara
səlahiyyətlərin verilməsi kimi sahələrə aid 100 göstərici üzrə məlumatlar toplan-
mışdır. Sorğu həm də ona görə özünəməxsusdur ki, orada məlumatlar mümkün
qədər iqtisadi regionlar, yaşayış tipi, rifah statusu, anaların təhsili, yaş və digər
mühüm xarakteristikalar üzrə bölünmüşdür.
Sorğunun nəticələri ölkənin Minilliyin İnkişaf Məqsədlərinə və Yoxsulluğun
Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramındakı məqsədlərə nail
olunması istiqamətində əldə etdiyi irəliləyişin izlənməsində mühüm rol oynay-
acaq. AzDSS demoqrafiya və səhiyyə göstəricilərindən ibarət beynəlxalq
məlumatlar bazasının genişlənməsinə də öz töhfəsini verir.
Sorğuda Azərbaycanda həyata dair maraqlı faktlar öz əksini tapmışdır. Uşaqların
doğum qeydiyyatı əmsalı 90%-dən çoxdur: onların 94%-i qeydiyyata alınıb,
88%-inin isə doğum haqqında şəhadətnaməsi var. Lakin körpələrdə bu əmsal
90%-dən aşağıdır, 0-11 aylıq uşaqların isə cəmi 75%-inin doğum haqqında
şəhadətnaməsi var.
Yeni doğulma dövründə körpələr arasında ölüm halları xüsusi narahatlıq doğu-
rur. Körpə ölümünün böyük bir hissəsi (65%) məhz neonatal dövrdə baş verir.
Buna doğuş arasında interval və anaların təhsili kimi amillər təsir edir.
Peyvəndlə bağlı sorğu məlumatlarında deyilir ki, 19-28 aylıq körpələrin 60%
bütün tövsiyə edilən peyvəndləri qəbul etmişdir. Yeni doğulmuşların 85% faizi
ana südü ilə qidalanır, lakin yalnız ana südü ilə qidalandırma əmsalı hələ ar-
zuolunan səviyyədə olmayaraq, altı aya qədər uşaqların yalnız 12%-ini əhatə
edir. Amma bəlkə də ən çox təlaş doğuran nəticə odur ki, uşaqların üçdə-bir
hissəsində anemiya var, 25%-inin boyu yaşına görə kiçik, 8%-inin isə çəkisi
yaşına görə azdır, o cümlədən 7%-ində çəkinin yaşa görə kəskin azlığı müşahidə
olunur.
Azərbaycan yod çatışmazlığı xəstəliklərinin tam aradan qaldırılmasına yaxındır
belə ki, hazırda ölkədə ailələrin böyük bir hissəsi – 94.6%-i yodlaşdırılmış duz-
dan istifadə edir. Müqayisə üçün deyək ki, bu rəqəm 2000-ci ildə cəmi 41.3%
idi. Lakin Azərbaycanda ailələrin yalnız 53.8%-i adekvat şəkildə yodlaşdırılmış
duzdan istifadə edir və bu, Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin Uşaq
Fondunun (UNICEF) və Yod Çatışmazlığı Xəstəliklərinə Beynəlxalq Nəzarət
Şurasının tövsiyə etdiyi rəqəmdən xeyli azdır.
Azərbaycanda fertillik əmsalı 2-dir. Bu o deməkdir ki, iqtisadi regionlar üzrə
bəzi fərqlər olmaqla azərbaycanlı qadın öz həyatı ərzində dünyaya iki uşaq
gətirir. Sorğunun digər nəticəsi isə erkən nikahlarla bağlıdır – 15-19 yaşlı
qızların 6%-i ya anadır, yaxud da ilk dəfədir ki, hamilədir. Azərbaycan kimi
müsəlman ölkəsi üçün kifayət qədər təəccüblü olan digər bir fakt odur ki, qad-
ınların 38%-i ən azı bir dəfə abort edib, onların 71%-i isə birdən daha çox abort
edib. Baş verən doğuş hallarının 89%-i bacarıqlı tibbi personalın iştirakı ilə
keçirilib.
İİV/QİÇS üzrə biliklərlə əlaqədar məlumatlar da mühümdür. AZDSS-də deyilir
ki, qadınların 65%-i, kişilərin isə 77%-i QİÇS haqqında eşitmişdir. İİV ilə bağlı
rüsvayçılıq damğası və ya stiqma yüksəkdir: qadınların yalnız 20%-i, kişilərin
isə 8%-i QİÇS-ə yoluxmuş satıcıdan tərəvəz ala biləcəyini demişdi. Kişilərin
24%-i sorğudan əvvəlki bir il ərzində yüksək riskli cinsi əlaqəyə girmişdi.
Böyüklərin 40%-dən az bir hissəsi İİV-ə harada yoxlanmağı bilir. Gənclərin az
qismi İİV haqqında ətraflı biliklərə malikdir.
Rəyi soruşulan qadınların 13%-i zorakılığa məruz qalmışdır. Belə halların 50%-
ində zorakılıq qadınların həyat yoldaşları tərəfindən törədilmişdir. Qadınların 3
faizi demişdi ki, onlar ilk dəfə cinsi əlaqəyə məcburi girmişdilər, lakin narahatlıq
doğuran odur ki, fiziki və ya cinsi zorakılığa məruz qaldığını bildirən qadınların
58%-i kömək üçün kənara müraciət etməmiş, yalnız öz ailələrinə üz tutmuş və
ya daxili qohumluq əlaqələrindən istifadə etmişdir.
Dostları ilə paylaş: |