1956-cı ildə Bakı şəhərində anadan olub.
1981-ci ildə Bakı Dövlət Universitetinin
biologiya fakültəsini bitirib. 1977-ci ildən
Azərbaycan Tibb Universitetində əvvəl
laborant, sonra baş laborant və assistent,
hal-hazırda isə baş müəllim vəzifəsində
çalışır. “Əczaçılıq botanikası” fənnini
tədris edir. Fəridə xanım kafedranın və
universitetin ictimai həyatında yaxından
iştirak edir. O, kafedranın həmkarlar
qrupunun sədridir.
Hər zaman öz üzərində işləyən
bu təvazökar peşə sahibi öz dərin
bilikləri və tələbkarlığı ilə yanaşı,
çox qayğıkeş və səmimi müəllimdir.
Fəridə müəllimin bu günlərdə 60
yaşı tamam olur. İşlədiyi kollektiv bu
münasibətlə onu ürəkdən təbrik edir
və can sağlığı arzulayır! Tələbələri isə
sevimli müəllimlərinə III kurs, 880
a
qrup tələbəsi Validə Quluzadənin bü-
tün tələbə dostları adından yazdığı
bu şeirlə təbrik edir:
Gülərüz, mehriban, qayğıkeş İnsan,
Çıxılmaz bir işdə, dar gündə olsan,
İki yol ayrıcı görüb dayansan,
Düz yolu göstərər Fəridə xanım!
Lalətək zərifdi onun ürəyi,
Heç vaxt əsirgəməz bizdən köməyi.
Daim tələbənin olub gərəyi,
Təşəkkür edirik, Fəridə xanım!
Sağlıqlı bir ömür arzu edirik,
Dəyərli olana dəyər veririk.
Böyük ehtiramla sizi sevirik,
Ad günün mübarək, Fəridə xanım!
TƏBRIK EDİRİK!
Dostları ilə paylaş: |