Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin



Yüklə 281,35 Kb.
səhifə19/19
tarix28.12.2021
ölçüsü281,35 Kb.
#10048
1   ...   11   12   13   14   15   16   17   18   19
M.ƏLƏKBƏRLİ.

Heç  kəsə  sirr  deyil  ki,  yer  üzünün 

əşrəfi  sayılan  insan  üçün  ən  şirin  nemət 

cansağlığıdır.  Bu  baxımdan  insanların 

sağlamlığı  keşiyində  dayanan  həkimlərin 

də ən müqəddəs peşə sahibi adlandırılma-

sı təbiidir. Elə bütün arzuların fövqündə də 

cansağlığı dayanır. 

Redaksiyamıza  gələrək  ona  şəfa  verən 

həkimlərin  şəfqətindən  ürək  dolusu  danışan 

Gülzadə Nəsib qızı Məmmədovanı dinlədikcə 

həkimlik  peşəsinin  müqəddəsliyini  san-

ki  yenidən “kəşf  elədik”.  Gülzadə xanım  rit-

mi  pozulan  ürəyinin  döyüntülərini  öz  axarı-

na  qaytaran  həkimlərə  minnətdarlıq  hissini 

də ürəklə çatdırırdı. Əslində “yumruq boyda” 

ürəyin insan həyatındakı xüsusi rolunu yada 

salmağa ehtiyac da yoxdur. El arasında “ürək 

həkimi” kimi tanınan kardioloqların yeri baş-

qadır.  Cəmiyyətdə  ağır  xəstəliklərə  uzun 

müddət sinə gərməyi bacaran insanlar barədə 

deyilən “ürəyi sağlam imiş” ifadəsinə də tez-

tez rast gəlirik. Böyük ovqat şairi Hüseyn Arif 

isə ürəyin gücünü belə tərənnüm edirdi:



İlləri yola salmışam,

Mahnı qoşub, saz çalmışam.

Ömür deyir qocalmışam,

Ürək deyir yaşa hələ.

Vəzifəsi  ürəkləri  yaşatmaq  olan  sağ-

lamlıq keşikçiləri hər cür ehtirama layiqdirlər. 

Gülzadə  xanım  da  böyük  ehtiramla  ürək 

damarlarında  uğurlu  stent  implantasiyası 

aparan ATU-nun Tədris Terapevtik Klinika-

sının kardiologiya şöbəsinin invaziv kardio-

loqu Elnur İsayevə, şöbənin müdiri, dosent 

Fərid  Əliyevə,  dosent  Şəfəq  xanım  İbrahi-

movaya, həkim kardioloqlar Fuad Səmədov,  

Afiyəddin  İskəndərov  və  tibb  bacılarına  öz 

ailəsi, doğmaları adından təşəkkürünü bildi-

rir. İstəyir ki, onun sevincindən, minnətdarlıq 

hissindən  şöbənin  bütün  tibbi  personalına 

pay düşsün. 

Bəlkə də dünyada ən gözəl hiss kiməsə 

gərəkli  olduğunu  duymaq,  insanlara  edə 

biləcəyin  xeyirxahlıqdan  zövq  almaqdır. 

Heç  bir  maddiyyatla  ölçülməyən  bu  zövqü 

yaşamaq  bütün  peşə  sahiblərinə,  xüsusilə 

həkimlərə qismət olsun. 

A.KAMRANOĞLU

Fakültələrdə istehsalat müşavirələri keçirilib

ÜRƏK DEYİR YAŞA HƏLƏ...

 Allah  rəh mət  elə sin!



Yüklə 281,35 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin